Zərdabda nikah və əmlak hüququ sahəsində maarifləndirmə

2
42

Zərdab “Gəncliyə Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Gənclərin nikah və əmlak hüququ sahəsində maarifləndirilməsi” adlı layihə çərçivəsində Zərdab şəhər 2 saylı tam orta məktəbində seminar keçirilib. Bu barədə Zerdab.com saytına Birliyin sədri Eldar Xəlilov məlumat verib. Belə ki, əvvəlcə gənclər arasında sorğu keçirilib. Sonra “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov gənclərə cəmiyyətdə ailə inistitutunun gücləndirilməsinin məqsədi, gənclərin nikah və əmlak hüququ sahəsində maarifləndirilməsinin əhəmiyyəti, erkən nikahın fəsadları, gənclərin ailə dəyərlərinə düzgün qiymət verməsi barədə informasiyalar çatdırılıb.

Bundan əlavə, təşkilatın üzvü Vəfa Xəlilli erkən nikahın yaratdığı problem və fəsadlardan danışıb, nikah müqaviləsinin və nikaha girərkən tibbi arayışın əhəmiyyəti, Ailə və Cinayət məcəllələri və orada edilən düzəlişlər və digər məsələlərlə bağlı hüquqi bilgilər verdi. Tədbirdə Zərdab şəhər 2 saylı tam orta məktəbin direktoru Ramo Hacıyev də çıxış etdi.

Sonda bir daha qeyd edək ki, bu layihənin məqsədi gənclər arasında ailə institutunun gücləndirilməsində gənclərin nikah və əmlak hüquqi sahəsində maarifləndirilməsi işlərinin aparılması və gələcəkdə yarana biləcək əmlak mübahisələrinin və boşanmaların qarşısının alınmasından ibarətdir.

Sevinc VaqifqızıZərdabZərdabZərdabZərdab

2 ŞƏRH

Comments are closed.