Zərdabda bir neçə yeni inzibati bina inşa olunur

0
49

binaZərdab rayonunda yeni sosial və ictimai əhəmiyyətli obyektlərin inşası davam edir. Zerdab.com saytına verilən məlumata görə, hazırda rayonumuzda bir neçə dövlət əhəmiyyətli inzibati bina inşa olunmaqdadır. Belə ki, Milli Təhlükəsizlik Nazirliyinin Zərdab Rayon Şöbəsinin inzibati binasının tikintisində son tamamlama işləri aparılır. Bundan başqa, Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Regional Xidmət Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin Zərdabda İdarəsi yaradılacaq. Həmin idarə üçün də yeni inzibati binanın inşasına başlanılıb. Bu bina da müasir standartlara tam cavab verəcək, bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiya ilə təchiz ediləcək.

Zerdab.com