Həmyerlimiz, jurnalist Səttar Zərdabi 77 yaşında vəfat edib

2
65
Səttar Zərdabi
Səttar Zərdabi

Həmyerlimiz, tanınmış jurnalist Səttar Zərdabi 77 yaşında vəfat edib. Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin rəhbəri, “Güzgü” qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səttar Zərdabi dünən doğulduğu Zərdab rayonunda torpağa tapşırılıb.

S. Zərdabi bir neçə kitabın, yüzlərlə şeir və məqalənin müəllifi idi. Onun “Kim sevirsə idmanı” adlı şeirinə Oqtay Zülfüqarov mahnı bəstələyib və bir neçə əsəri müxtəlif teatlarda tamaşaya qoyulub. Şair-dramaturq S. Zərdabinin son illərdə fəaliyyətinin böyük bir hissəsi Həsən bəy Zərdabi irsinin təbliği ilə bağlı idi.

Allah rəhmət etsin!

 

2 ŞƏRH

  1. Həsən bəy Zərdabinin əmisi Hidayət bəyin qızı Minə xanımın övladlarından ailənin dördüncü övladı, tanınmış şair-dramaturq Səttar Zərdabi idi. O, Bakı şəhərində yaşayırdı.
    Həsən bəy Zərdabinin əmisi nəvəsi Səttar Zərdabi 1937-ci ildə Zərdab rayonunun Allahqulubağı kəndində anadan olmuşdur. M.Qorki adına Zərdab şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra M.Əliyev adına Teatr İnstitutunun Mədəni-Maarif fakültəsinə daxil olmuşdur. Bu təhsil ocağını bitirdikdən sonra təyinatla Zərdab Mədəniyyət evində əmək fəaliyyətinə başlamışdır.
    Səttar müəllimin onlarla yazısı Həsən bəy Zərdabinin həyatını işıqlandırmış, bir neçə şeirlər kitabı çap olunmuşdur. Onun dramaturgiya sahəsində yaradıcılığı danılmazdır.”Ərimi qaçırıblar”,”Canımov qol çəkir” kimi səhnə əsərləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Səttar müəllimin satira sahəsindəki yazıları, felyetonları hələ respublikamızın aparıcı satirik jurnalı olan “Kirpi” jurnalında işləyərkən oxucular tərəfindən çox böyük maraqla qarşılanmışdır.
    Şair, publisist, “Güzgü” ictimai-siyasi qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin prezidenti Səttar Zərdabi ömrünün 77-ci ilində Bakı şəhərində dünyasını dəyişmiş və doğulub, boya-başa çatdığı doğma Zərdabi yurdunda torpağa tapşırılmışdır.
    Allah rəhmət eləsin, qəbrin nurla dolsun Səttar müəllim!

    Eldəniz Həsənov

  2. ALLAH RƏHMƏT ELƏSİN! ÇOX AĞIR İTKİDİR. SƏTTAR MÜƏLLİMİN XARAKTERİNDƏ DƏ BİR ZƏRDABİLİK VAR İDİ. O, ƏYİLƏN, SINAN İNSANLARDAN DEYİLDİ. ALLAH VERƏN ÖMRÜ KİŞİ KİMİ, LAP ELƏ HƏSƏN BƏY ZƏRDABİ KİMİ, MƏRDANƏ, AĞAYANA YAŞADI. KƏDƏRİMİZİ İFADƏ ETMƏYƏ BAŞQA SÖZ TAPMIRAM.
    ALLAH AİLƏSİNƏ, ÖVLADLARI SAHİL BƏYƏ, SƏMA XANIMA, ÇOX SEVDİYİ NƏVƏLƏRİNƏ, DOĞMA VƏ ƏZİZLƏRİNƏ SƏBR VERSİN! TANRI DƏRGAHINDA CƏNNƏT XƏBƏRİ İLƏ MÜJDƏLƏNƏN BƏNDƏLƏRDƏN OLSUN!

Comments are closed.