Həmyerlimiz, BDU-nun baş müəllimi Solmaz Sadıqova

2
79

www.zerdab.com saytının məlumatına görə, Solmaz Azay qızı Sadıqova 1959-cu il noyabr ayının 5-də Zərdab şəhərində anadan olub. 1976-cı ildə Zərdab şəhər 1 saylı orta məktəbi bitirib. 1980-1985-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb. Bundan əlavə, 1995-1999-cu illərdə BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının qiyabi doktorantı olub.
Ailəlidir, 2 övladı var. Tarix üzrə fəlsəfə doktoru Solmaz Azay qızı Sadıqova hazırda BDU-da Kitabxanaçılıq-informasiya fakültəsi, Bibliorafiyaşünaslıq kafedrasının baş müəllimidir.
2011-ci ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan mətbuatının (kitab və dövri nəşrlər) biblioqrafik repertuarı: tarixi, müasir vəziyyəti və perspektivləri (1959-2000-ci illər)” mövzusunda dissertasiya müdafiə edib.
12 kitabın, 9 metodik-biblioqrafik tövsiyənin, 58 adda məqalə və tezisin, 2 tədris proqramının müəllifi və 1 qrantın qalibidir.
www.zerdab.com saytının kollektivi dəyərli ziyalımıza ailə və iş həyatında uğurlar arzulayır.

2 ŞƏRH

  1. Məndə 1982-1988-ciillərdə BDU-nun kitabxanaçılıq fakultəsinin məzunu olmuşam.Fakültəmizin bütün müəllimlərini salamlayıram,sizin kimi həmyerlilərizlə də fəxr edirəm, qürur duyuram.

  2. Solmaz xanım sizi salamlıyıram . Mən də Bakı Dövlət Universitetinin kitabxanaçılıq- informasiya fakultəsinin (2002-2006) mezunu olmuşam. Siz müəllimlərin verdiyi tehsil sayəsində öz bilik səviyyəmi artırdım.Bunun üçün fakültəmizin bütün müəllimlərinə ,həmçinin sizə minnətdaram.Bir Zərdablı olaraq sizinlə fexr edirəm!!!

Comments are closed.