Bük məni güllərə, yaz olan yerdə

0
76

Zerdab_GülDuyğumu, hissimi oynatma, qardaş,

Tapdım Ədaləti saz olan yerdə.

Toxunma qəlbimə sən də ay gözəl,

Bük məni güllərə, yaz olan yerdə.

***

Müşk-ənbər qoxulu, ədəb-ərkanım,

Tanrı qismətimsən, oda yananım.

Ümidim, pənahım, şövkəti-şanım,

Əhvalım durulur, naz olan yerdə.

***

Keçən günlərimi salma yadıma,

İstəmirəm kimsə yansın oduma.

Köçüb gedən Durnam, çatsın dadıma,

Oturtma məni sən, köz olan yerdə.

***

Yaxşı söz-söhbətin zəliliyəm mən,

Çıx yolum üstünə, əldə yasəmən.

Nə deyim-danışım, özün bilərsən,

Pozulur əhvalım, söz olan yerdə.

***

Yaxşıdur olasan ağzı dualı,

Allah verib sənə ağıl-kamalı.

Neynirsən ay Lələ, cahi-cəlalı,

Boğmala nəfsini, az olan yerdə.

LƏLƏ MƏHƏMMƏD, Otmanoba kəndi