Vaxt gələr, onlar da ağlayar, inlər…

7
85
Gülər Allahverdiyeva
Gülər ALLAHVERDİYEVA.
Qoruqbağı kəndi, 6 saylı kitabxananın əməkdaşı

 ALLAHI UNUDAN, ŞEYTANI DİNLƏR

 Nankor övladlar var, atasın atıb,

Zalım analar var, balasın satıb,

Ay Allah, dünyanın sonumu çatıb?

İnsan bu ağılla hayana gedir?

***

Ahıl qaynananı döyür gəlinlər,

Allahı unudan, şeytanı dinlər,

Vaxt gələr, onlar da ağlayar, inlər,

İnsan bu ağılla hayana gedir?

***

Namazlar qılınır yanlış, tələsik,

Ərzaqlar alırsan—çəkisi əskik,

Sayğacda hiylələr, naqildə kəsik,

İnsan bu ağılla hayana gedir?

***

Dostların meyiti qalır asfaltda,

İnsanlar can verir maşınlar altda,

Bunu lənətləyir İncil, Tövrat da,

İnsan bu ağılla hayana gedir?

7 ŞƏRH

  1. Gözəl şerdir həm mənalı həm düşündürücü həm də həyat dərsi.təşəkkürlər sənə, var olsun barmaqların.M

  2. Cox sag olun Guler xanim.dogrudan bu seri oxuduqca gunumuzun
    dovrumuzun barismaq istemediyimiz aci heqiqetleri gozumuz qarsisinda canlanmaga baslayir.Cox tesirli bir sekilde qeleme almisiz ve menali da alinib.Tebrikler ugurlariniz bol olsun

  3. dahice düşündürücü,heçkimin toxunmadığı mövzulardır.Ela

  4. ela tebrikler..en gözel misra«Bunu lenetleyir incil tövratda»

Comments are closed.