Zerdab.com saytı APA-ya istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Milli Məclisə təqdim olunan gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün 2015-ci ilin yanvarın 1-dən nəzərdə tutulan regional təhsil idarələrinin islahatı prosesi-yaradılması təxirə salınıb.
Onun sözlərinə görə, növbəti ildə də rayon təhsil şöbələri bu il tətbiq edilən sistem şəklində çalışacaq: “Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur islahatlar davam etdiriləcək. Yerlərdə təhsil şöbələrinin tabeliyində olan məktəblərdə isə Təhsil Nazirliyinin səlahiyyətində olan bütün fəaliyyətlər indi də həyata keçirdiyimiz şəkildə davam etdiriləcək”.
Onun sözlərinə görə, nazirlik tərəfindən təhsil müəssisələrinə qəbul qaydalarının təkmilləşdirilməsi üçün işlər aparılmaqdır. Nazir qeyd edib ki, qısa müddət ərzində Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində buraxılış imtahanları ilə qəbul imtahanları arasında olan fərqin aradan qaldırılması və vahid imtahan bazası üzərində həmin imtahanların keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb: “Nəzərə alaq ki, bu imtahanları vahid orqan keçirir. Bununla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi arasında məsləhətləşmələr aparılır. Məsləhətləşmələr artıq sona çatdırılır. Artıq bu tədris ilində biz bu sahədə də yenilikləri tətbiq edə biləcəyik. Bu yeniliklər həm orta ixtisas təhsili müəssisələrini, həm yaradıcılıq ali təhsil müəssisələrini, həm də digər bəzi təhsil müəssisələrini əhatə edəcək. Bu tədris ilindən başlayaraq imtahanlar həmin müəssisələri əhatə edəcək. Güman edirik ki, bu yeniliklərin tətbiqi nəticəsində artıq bir sıra müəssisələrə qəbul vahid imtahan nəticəsində mümkün olacaq. Artıq bir ay ərzində şagirdlərin iki ayrı-ayrı buraxılış və qəbul imtahanlarına cəlb edilməsinə ehtiyac olmayacaq. Bu islahat ardıcıl olaraq həyata keçiriləcək”.
Sevinc
1999-cu ildə TİBBİ SIĞORTA HAQQINDA QANUN qəbul edilərək,Nazirlər kabinetinə bu qanundan irəli gələn tədbirləri yerinə yetirmək üçün 3 ay vaxt verilib.Amma bu günə qədər bir xəbər yoxdur.Nə isə bu Nazirlər Kabineti necə yerdirsə ora göndərilən geri qayıtmır.
Comments are closed.