Dünən millət vəkilimiz Jalə Əliyevanın qızı Ahu Müjgan Onkun toyu olub. “JW Marriott Absheron” otelində keçirilən möhtəşəm toy mərasimi milli adət-ənələrimizə uyğun formada keçirilib. Toyun açılışı muğam və aşıq ifaçılarının çıxışı ilə baş tutub. Xanım millət vəkilinin bilavasitə istəyinə uyğun, bir çox toy mərasimindən fərqli olaraq milli mətbəximizin şahı olan plov süfrəyə məclisin əvvəlində gətirilib. Toy məclisini əməkdar artist Əkbər Əlizadə idarə edib. Millət vəkilimizin kürəkəni İlyas adlı dövlət işçisi, deputatın qudası isə Kamran adlı dövlət məmurudur. Qeyd edək ki, toy mərasimində bir çox yüksək vəzifəli şəxslər, nazirlər, millət vəkilləri, generallar, rayon icra hakimiyyətlərinin başçıları və incəsənət nümayəndələri iştirak ediblər. Nəqliyyat naziri Ziya Məmmədov, kənd təssərrüfatı naziri Heydər Əsədov da qonaqlar arasında olub.
Zerdab.com saytı xatırladır ki, millət vəkilimiz Jalə Əliyevanın bir qızı var. Ahu Müjgan Onk 1990-cı il iyun ayının 19-da anadan olub. Bakıdakı 6 nömrəli orta məktəbi əlaçı kimi bitirib. Həmçinin 6 nömrəli musiqi məktəbinin fortopiano ixtisasını qırmızı diplomla başa vurub. 2008-ci ildə isə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub.
Biz də öz növbəmizdə hörmətli millət vəkilimizə gözaydınlığı verir, övladının xoşbəxt olmasını arzulayırıq.
Jalə Xanım gözünüz aydın olsun, Allah xoşbəxt eləsin, oğullu-qızlı olsunlar!
Ən xoş arzularla,
E l d ə n i z H ə s ə n o v
Tebrikler jale xanim xosbext olsunlar
Comments are closed.