Zərdabda taxıl səpininə başlanılıb

0
59

taxil sepiniZərdab rayonunun taxılçıları gələn ilin məhsulu üçün əkin kampaniyasına başlayıblar. Cari mövsümdə rayon üzrə təqribən 18,5 min hektarda səpin keçiriləcəyi gözlənilir.
Rayonda səpinqabağı şum vaxtında qaldırılıb, şum altına kifayət qədər üzvi və mineral gübrələr verilib. 4000 tonadək toxum ehtiyatı yaradılıb ki, bundan 403,5 tonu yerli toxumçuluq təsərrüfatlarının payına düşür. I və II repreduksiyalı bu toxumlar sertifikatlaşdırılıb. Əkin üçün əsasən “Cəlilabad -19” arpa, “Qobustan”, “Aran”, “Tanya” buğda sortları tədarük olunub. İlkin olaraq arpa səpilir. İlk günlərdən zəmilərə 20-dən çox səpin aqreqatı çıxarılıb. Bundan 8-i “Aqrolizinq” ASC-nin Zərdab “Aqrotexservis” filialına məxsusdur. Rayonun daha çox taxıl əkilən Bəyimli, Yuxarı Seyidlər, Bıçaqçı, Körpükənd, Alıcanlı və bir sıra digər ərazi vahidlərində əkin kampaniyasına daha mütəşəkkil başlanılıb.