10 saylı Yarməmmədbağı kənd kitabxana filialında Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğal günü ilə əlaqədar “Vətən bizi çağırır” adlı dəyirmi masa keçirildi. Tədbirə şəhid ailəsi, əsgər anaları, müəllimlər və fəal oxucular dəvət olunmuşdular. Tədbiri giriş sözü ilə filial müdiri Ofeliya Əzizova açaraq Azərbaycanın işğal olunmuş torpaqları haqqında geniş məlumat verdi. Yarməmmədbağı kənd orta məktəbinin müəlliməsi Məlahət Əliyevanın “Təki vətən yaşasın” adlı məruzəsi iştirakçıların böyük marağına səbəb oldu. Füzulidə hərbi xidmətdə olan əsgər Şöhrət Hüseyinovun yanından yenicə gəlmiş anası Xatirə Ağayeva çıxış edərək dövlətin əsgərlərə göstərdiyi diqqət və qayğıdan geniş söhbət etdi. Əsgər anası Humay Həsənova və şəhid bacısı Mahirə Qasımova ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi