“Böyük Vətən müharibəsində 1977 nəfər zərdablı həlak olub”

1
47

Zərdab Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhərin Qələbə meydanında faşizm üzərində qələbənin 67-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib. www.zerdab.com saytı xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Böyük Vətən müharibəsinin xatirəsinə ucaldımış abidənin və Sovet Ittifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büctünu önünə tər çiçəklər düzüblər. Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev veteranları qələbənin ildönümü münasibəti ilə təbrik edib. Tədbirdə rayon veteranlar şurasının sədri Hüseyn Həsənov və başqaları çıxış edərək müharibənin Azərbaycan xalqına, o cümlədən zərdablılara gətirdiyi müsübətləri konkret faktlarla diqqətə çatdırıblar. Bildirilib ki, Böyük Vətən müharibəsində cəbhəyə 3384 nəfər zərdablı gənc gedib. Ancaq onlardan yalnız 1407 nəfəri geri qayıdıb.
Natiqlər ölkəmizdə veteranlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər. Sonra veteranlara maddi yardım göstərilib. Mərasim maraqlı konsert proqramı ilə başa çatıb.

www.zerdab.com

1 comment

Comments are closed.