İsrayıl Ədilov bodibildinq üzrə çempionata hazırlaşır

8
47

İsrayıl Ədilov Zərdab rayonunda yaşayır. 1984-cü ilin fevral ayının 15-də Zərdab rayonunda dünyaya göz açıb. Dediyinə görə, uşaq yaşlarından idmana böyük marağı olub. Onun əsas hədəfi 2015-ci ilin noyabr ayında keçiriləcək bodibildinq üzrə Respublika çempionatında iştirak etməkdir. O, artıq bir ildən çoxdur ki, bu idman növü ilə peşəkar məşğul olur: “İdman həyatımın bir parçasıdır. Əvvəllər də məşğul olurdum, amma 1 ildir ki, peşəkar məşğul oluram. Əsas hədəfim bodibildinq üzrə Respublika çempionatında rayonumuzu təmsil etməkdir”.

Qeyd edək ki, bu yaxınlarda rayonumuzda idmansevər gənclərin sevincinə səbəb olacaq bir hadisə baş verdi. Belə ki, İsrayıl Ədilovun şəxsi təşəbbüsü ilə rayonumuzda müasir standartlara cavab verən idman zalının açılışı oldu (Zərdab şəhəri, Ramiz Kərimov küçəsi, Mədəniyyət Evinin yaxınlığı). Hazırda bir çox gənclər məhz həmin zalda idmanla məşğul olur, asudə vaxtlarını səmərəli keçirirlər.

İsrayıl Ədilov Zerdab.com saytına müsahibəsində dedi: “Əvvəllər şərait olmadığı üçün özüm də düzgün, qaydalar çərçivəsində peşəkar idmanla məşğul ola bilmirdim. Yenicə açılmış idman zalında gənclərlə yanaşı, özüm də məşq edir, yarışlara hazırlaşıram”.

İsrayıl həm də həmin zalda məşqçilik edir.

Biz də öz növbəmizdə Zerdab.com saytı olaraq İsrayıl qardaşımıza həm yarışlarda, həm də bu xeyirxah işlərində uğurlar arzulayır, hər zaman informasiya dəstəyi verməyə hazır olduğumuzu bildiririk. Yetər ki, rayonumuz üçün, rayonumuzun gəncləri üçün faydalı işlər görülsün…

Zerdab.com

8 ŞƏRH

  1. qaqas halaldi senen zali acmaqda hamini arzusuna ve idmanla mesqul olmaga heveslendirdin sene ve idmanci qardaslara ugurlar ne edirikse zerdab ucun edirik qisqanmaq ve xainlik etmek neye lazim .

  2. qeesssssengg elaaa super bedenin varr halaldi fikirin xeyirli olsun ireliye dogru iri addimlarla

Comments are closed.