Təhsil naziri Mikayıl Cabbarov Zərdab sakinləri ilə görüşdü

0
46

Mikayıl Cabbarov

Təhsil naziri Mikayıl Cabbarov avqustun 18-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Nazir Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləyib.

Vətəndaşların müraciətləri əsasən işlə təmin olunmaq, diplomların tanınmasında yaranan problemlər, tələbələrin təhsil aldığı bir ali məktəbdən digərinə keçirilməsi, xaricdə təhsil, yeni məktəblərin tikilməsi və ya əsaslı təmiri ilə bağlı olub. Nazir ümumilikdə 70-ə yaxın vətəndaşı qəbul edib. Görüş zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerindəcə həllini tapıb. Nazir vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Zerdab.com

Mikayıl Cabbarov