Qəlbim parçalanır əsgər öləndə

9
68
Gülər ALLAHVERDİYEVA
Gülər ALLAHVERDİYEVA.
Qoruqbağı kəndi, 6 saylı kitabxananın əməkdaşı

 

KƏLƏKLƏ GƏLƏNLƏR KÜLƏKLƏ GEDƏR

Namərd düşmən, qəfil dedin sözünü,

Tez göstərdin bizə murdar üzünü,

Bu məsəli gözəl deyib babalar,

Qarğa bəslə, bir gün oysun gözünü.

***

Qurutdun dağların gur şəlaləsin,

Tapdadın, incitdin Laçın laləsin.

Qatil, hər tərəfə zəhər püskürür

Göyçəmi donduran soyuq nəfəsin.

***

Dikdin ac gözünü cənnətməkana,

İçdikcə hey içdin, bulaşdın qana,

Qonşuya xəyanət sənin peşəndi,

Düşmən kəsilmisən Azərbaycana.

***

Nifrət yağır gözlər sizi görəndə,

Qəlbim parçalanır əsgər öləndə.

Hardan bilərdik ki, kor, nankorsunuz,–

Sizinlə dost olub, çörək böləndə.

***

Sizin olmayana “bizim” dediniz,

Günahsız xalqıma əzab verdiniz,

Qubadlı, Cəbrayıl… bəs demədiniz,

Kəlbəcər dağların söküb yediniz.

***

Kələklə gələnlər küləklə gedər,

Gedəndə hər yanı dağıdar, didər.

Bu xislət əzəldən verilib sizə,

Qozbellər düzəlməz qəbirə qədər.

9 ŞƏRH

  1. Hemishe dediyim sozumu bu gun de diyirem SEN DAHISEN…)))Ardi gelsin insallah.

  2. Ay cox gozel yazilib bu ser.Dusunen qelbiniz yazan elleriniz bela gormesin.Ugurlariniz bol olsun.Allahin nesibiyle hele cox serlerinizi oxuyariq.Qara buludlar vetenimizin basi uzerinden cekiler ve torpaqlarimiz menfur dusmenlerden azad ediler ve onda sulh bizim olmaliydi basligi altinda gozel bir ser de yazarsan insaallah.Bir daha cox semimi qelbden ugurlar arzulayiriq.

  3. Her şeirin bir-birinden deyerlidir.
    Şehid olan igidlerimizi unutmadığın
    üçün teşekkür edirem.

Comments are closed.