Məni bu dünyaya bəxş edən insan,–
Ömrümə gül-çiçək qatarsan, ana!
Gecədən sübhədək başımın üstə,
Şam təki əriyib yanarsan, ana!
***
Tükənməz qəlbimdə ana sevgisi,
Müqəddəsdir onun hər bir kəlməsi,
Olmasın heç zaman çıxıb getməsi,
Gözümü yollarda qoyarsan ana!
***
Saçımı oxşayıb, məni öpərsən,
İstəsəm, qəlbini mənə verərsən,
Hər zaman sən məni gülərüz görsən,
Özünü bəxtəvər sanarsan, ana!
***
Anacan, ad günün mübarək olsun,
Hədiyyən bir dəstə gül-çiçək olsun,
Demərəm heç vaxtı anam tək olsun,
Tək qalsan, pərişan olarsan ana!
***
Sən mənə həyatda hər şeydən üstün,
Canımı verərəm mən sənin üçün,
Ana kəlməsini duymasan bir gün,
Gültəki saralıb solarsan, ana!
***
Sənsiz bütün günüm qüssə, kədərdi,
Anasız övladın ömrü hədərdi,
Vəfasız gözəllər gəldi-gedərdi,
Həyatda sən mənə qalarsan, ana.
***
Pakdan pak ürəyi, saf məhəbbəti,
Tükənməz heç zaman onun zəhməti,
Arzumun zirvəsi, — uca cənnəti,
Ayağın altında saxlarsan, ana!
***
Qocaya dünyanı verən ağbirçək,
Qarşında borcluyam mən ölənədək,
Qanadı qırılmış ağ göyərçintək,
Balanın yoluna qonarsan, ana!
Qoca YAQUBLU.
Yarıməmmədbağı kənd tam orta məktəbinin XI sinif şagirdi
Allah butun valideynleri qorusun.Insaallah axarinci yox axarinci olun.ananizi sevin ugur hemise sizinle olacaq.
Comments are closed.