Atam bu dünyadan köçənə qədər

0
59

günəşArxasız bilmədim heç vaxt özümü,

Atam bu dünyadan köçənə qədər.

Yaşlı görməmişdi kimsə gözümü,

Atam bu dünyadan köçənə qədər.

***

Qapımı döysəydi əgər ehtiyac,

Tapardı dərdimə o anda əlac,

Fələk də heç məndən alammazdı bac,

Atam bu dünyadan köçənə qədər.

***

Hər sözü, kəlməsi nəsihət idi,

Ədalət, mərhəmət, məhəbbət idi,

Qismətim dünyada səadət idi,

Atam bu dünyadan köçənə qədər.

***

İndi bildim mənə necə gərəkmiş,

Qəlb evimə dayaq imiş, dirəkmiş,

Əlniyyət, ürəyim dərd-qəm çəkməmiş,

Atam bu dünyadan köçənə qədər.

Əlniyyət ƏLİYEV

Zərdab Rayon Mədəniyyət Evinin bədii rəhbəri