Ukrayna xarici siyasət idarəsinin başçısı Pavel Klimkin avqustun 12-də Ukrayna XİN-də Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanova təntənəli şəkildə konsul ekzekvaturası təqdim edib.
Bu barədə Zerdab.com saytına Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat veriblər.
P. Klimkin vəzifəsinin icrasına başlaması münasibətilə Əfqan Salmanovu təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mərasimdə iştirak edən Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev Ukraynada məlum vəziyyətə baxmayaraq, xoş mərama və bu məsələnin müsbət həllinə görə nazir P. Klimkinə minnətdarlığını bildirib. O vurğulayıb ki, bu hadisə Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın gələcək inkişafına, ikitərəfli regionlararası əməkdaşlığa təkan verəcək.
Qeyd edək ki, Əfqan Salmanov Zərdab rayonunda doğulub, boya-başa çatıb.
Zerdab.com
Əfqan müəllimə uğurlar, can sağlığı arzulayıram. Fəxrimizdir.
Comments are closed.