Təhsil naziri Zərdab sakinləri ilə görüşəcək

0
80
Mikayil Cabbarov
Mikayıl Cabbarov

Avqustun 18-də saat 11.00-da təhsil naziri Mikayıl Cabbarov Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Nazirlikdən Zerdab.com saytına verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar avqustun 12, 13, 14 və 15-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebulvasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Zerdab.com