İnsan səadətini başqa yerdə yox, öz evində axtarmalıdır. Elə isə, bir-birinizə sevginizi hiss etdirin. Həyat yoldaşınızın yol verdiyi xırda-para qüsurlara göz yumun. Unutmayın ki, ailə həyatınızı sevgi və yoldaşlıq üzərində qurduqda əbədi səadətə nail ola bilərsiniz. İndi də psixoloqların ailə xoşbəxtliyi ilə bağlı müəyyən etdikləri bəzi prinsiplər barədə:
1. Qısa ayrılıqlar ailə münasibətlərini möhkəmləndirir. Uzun ayrılıqlar isə ailənin dağılmasına səbəb olur. Uzun ayrılıqlara yol verməyin.
2. Xoşbəxt bir ailə üçün bir-birinizin xarakterini yaxşı bilməlisiniz. Ancaq bu cür problemlərdən uzaq ola bilərsiniz.
3. Heç bir anlaşılmazlığın uzunmüddətli olmasına yol verməyin. Qısa bir vaxtda məsələni yaxşılıqla bitirin.
4. Keçmiş nişanlınızdan və ya həyat yoldaşınızdan danışmayın. Keçmişə aid xatirələrinizi unudun.
5. İdealist olmayın. Güzəştə getməyə çalışın və qarşı tərəfdən möcüzə gözləməyin.
6. Hər vasitə ilə bir-birinizə sevginizi ifadə edin.
7. Çətinliklərə təslim olmayın. Həyata ümidlə baxın. Üzünüz həmişə gülsün.
8. Kiçik və ya böyük qüsurlarınıza görə bir-birinizi tənqid etməyin. Səhvsiz insan olmaz, bağışlamağı bacarın.
9. Mübahisə edərkən keçmişdə baş verənləri genişləndirməyə çalışmayın.
10. Yersiz və əsassız qısqanclıqlara və şübhələrə yol verməyin. Bunlar ailəni uçuruma aparar.
11. Həyat yoldaşınızda həm sizə, həm də özünə qarşı inam təlqin edin. Ona inandığınızı hiss etdirin.
Mənbə: “Ailəm” jurnalı.
xowbext olun bir omur bpyu aile sadeti arzu edirem size
xowbext olun:D:)XEXEXEXE
Comments are closed.