Zərdab rayonunun Pərvanlı kəndi yasdadır. Zerdab.com saytının xəbərinə görə, bu kənd hazırda iki gəncin yasını saxlayır. Bunlardan biri – kənd sakini Asim Əhədovun Rusiyada qətlə yetirilməsi barədə xəbər vermişdik. Bildirmişdik ki, Rusiyanın Voloq şəhərində ürək nahiyəsindən bıçaqlanan Asim Əhədov xəstəxanaya yerləşdirilsə də, bir neçə saat sonra dünyasını dəyişib. Onun əmisi oğlu – eyni hadisədə bıçaqlanan Şükür Əhədov isə hazırda xəstəxanadadır və vəziyyəti ağırdır.
Asim Əhədovun cəsədi doğulduğu Pərvanlıya gətirilib və kənd qəbiristanlığında dəfn olunub. Mərhumun 1 qız övladı var idi.
Eyni gündə Pərvanlı kəndinə daha bir gəncin meyiti gətirilib. Bu dəfə isə Türkiyədən. Belə ki, bu kənddən olan və hazırda Rusiyada yaşayan tanınmış iş adamı Müstəcəb Əlövsətlinin oğlu Faiq Əlövsətli uzun müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Müalicəsi Azərbaycanda mümkün olmadığından onu Türkiyədə Gülhanə Tibb Akademiyasına aparmışdılar. Amma həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun da cəsədi Pərvanlıya gətirilib və kənd qəbiristanlığında dəfn olunub. Hər iki gəncin ailəsinə başsağlığı verir, səbir diləyir, Allah rəhmət eləsin deyirik.
Allah her ikisine rehmet eylesin.Uca Allahdan her iki merhumun ailesine sebr dileyirik.Cox agir hadisedir dehset
allah rehmet elesin o dunyasini versin amin
ALLAH REHMET ELESIN!
ALLAH rehmet elesin! ALLAHDAN valideynlerine sebr dileyirem qebri nurla dolsun,mekani CENNET olsun
ALLAH rehmet elesin
Allah rehmet elesin.
Yaxinlarina sebir versin.
Allah rehmet etsin… bizim qohumuz idi faiq elovsetli yaxinbqohumumuz Allah bizbe sent version.. dogrudanda Cox cetindo.
Comments are closed.