Şad xəbər: Zərdabda yeni yol istifadəyə verildi

0
38

Zərdab Rayon İcra HakimiyyətiZərdab Rayonunda sosial infrastruktur Layihələrin icrası uğurla davam etdirilir. Avtomobil yolları yenidən qurulur, təhsil, səhiyyə, mədəniyyət ocaqları təmir olunur. Bu gün isə Rayonun 15-ci məhəlləsində yeni salınan Rəhim Bəy Məlikov küçəsində avtomobil yolu istifadəyə verilib.

“Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı” və “Rayon İcra Hakimiyyətinin tədbirlər planı” çərçivəsində Zərdabda  yol infrastrukturunun yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilib.

Son illər rayonda küçə və yollara 135.000 kv/metr yüksək keyfiyyətli asfalt örtüyü qoyulub. Təxminən, 20 min nəfərdən çox əhaliyə xidmət edən Zərdab-Yuxarı Seyidlər və Zərdab-Mollakənd avtomobil yolunun yenidən qurulması sakinlər tərəfindən razılıqla qarşılanıb. Bu gün isə rayonun 15-ci məhəlləsindəki Rəhim Bəy Məlikov küçəsində yeni salınan yol istifadəyə verilib. Uzunluğu 1 km, eni isə 6 metr olan avtomobil yolu 1000 nəfər sakinə xidmət edəcək.

Yolun istifadəyə verilməsi münasibəti ilə təşkil olunan mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı Lütvəli Babayev əhalini daha bir sosial problemlərinin həlli münasibəti ilə təbrik edib. Bildirib ki, son illər 15-ci məhəllədə demək olar ki, bütün sosial problemlər öz həllini tapıb, Ərazinin işıq, qaz və su ilə təminatı başa çatdırılıb. Ayrılan torpaq sahələrində 250 gənc ailə fərdi mənzil tikib.

Rayon rəhbəri məlumat verib ki, qarşıdakı aylarda digər küçələr də asfaltlanacaqdır.

Rayon sakinləri onlara göstərilən qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq ediblər.

Yolun rəmzi açılışını bildirən lent kəsilib, ilk maşın karvanı yol boyu hərəkət edib.

Zərdab Rayon İcra Hakimiyyəti