Zərdabın Çallı və Məlikumudlu kəndlərinə 3-4 gündür su verilmir. Bu barədə Zerdab.com saytına kənd sakinləri məlumat veriblər. Onlar bildiriblər ki, isti havada susuzluq səbəbindən əkin sahələri tələf olur. Bundan başqa, mal-qara da susuz qaldığından kənd sakinləri çıxılmaz vəziyyətə düşüblər. Sakinlər bildiriblər ki, əvvəllər Çallı kəndindən keçən kanala su Türyançay çayından öz axını ilə gəlirmiş, lakin sonradan baxımsızlıq səbəbindən su gəlməyib: “Məcbur olub Göyçay çayından suyu motorla vururlar. Yay vaxtı olanda isə suyun verilməsində fasilələr olur ki, nəticədə, kənd sakinləri problem yaşayırlar”.
Kənd sakinləri ümidlidirlər ki, məsələ Zerdab.com saytı vasitəsi ilə ictimailəşdiriləndən sonra rayon rəhbərliyi məsələyə müdaxilə edəcək.
Zerdab.com