Allahqulubağı kəndi Zərdab rayon mərkəzindən 3,5 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir. Əlibəyli kənd inzibati ərazi vahidindədir. Ərazisi 542,0 hektar, əhalisinin sayı 764 nəfərdir. Allahqulubağı kəndinin əhalisi əsasən heyvandarlıq, pambıqçılıq, taxılçılıq, yemçilik, meyvəçilik, baramaçılıq, quşçuluq, arıçılıq və bostançılıqla məşğul olur. Kənddə məktəb, kitabxana, klub, məscid və s. var. Kəndin adı “Allahqulu adlı nüfuzlu şəxsə aid kənd” deməkdir.