Ayıq sayıq olmalıyıq!

4
51
Rey Kərimoğlu
Rey Kərimoğlu

Əslində cəbhə bölgəsində xeyli zamandır gərginlikdir. Bəzən ermənilər sutka ərzində 200-300 dəfə atəşkəsi pozurdu. Bu nədir? MÜHARİBƏ! Vallah ayrı adı yoxdur bunun!

Son iki gündə baş verənlərlə bağlı əldə etdiyimiz məlumata əsasən ümumi əməliyyat mənzərəsi təxminən bəllidir. İtkilərimiz artır. Elə düşmənin də itkisi artır. Çox ağır vəziyyətdir! Amma Çal-çağıra da ara vermək şərti ilə yasa, matəmə batmağın da mənası yoxdur…Ayıq, sayıq, oyaq olmalıyıq! Ayaqda durmağı bacarmalıyıq! Şükür olsun, güclü ordumuz da var!
***
Hazırda bütün Azərbaycan – təbii ki, qanı xarab, vətəndaşlıq məsuliyyətini anlamayanlardan, şəxsi ambisiyası dövlət və milli maraqdan öndə olanlardan söhbət getmir – ayaqdadır. Torpaqlarımız uzun illərdir işğaldadır, hələ bu azmış kimi hər gün düşmən atəşkəsi pozur. Hamı öz versiyasını irəli sürür, təkliflər verir. Hamı ordumuzdan cavab gözləyir! Cavab olmalıdır və mütləq olacaq!
Məncə, bu olay gözlənilən idi…Həsən Həsənovun, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Kəlbəcərə getməsi və bu fonda baş verənləri unutmayaq. Bu olaydan sonra erməni generallarının təşviş içərisində olan yerli əhalinin sakitləşdirmək naminə verdiyi bəyanatları da yada salaq. Biri bu idi: “Kəlbəcər gedən bütün yolları minalayacağıq” Hərbidən az-çox anlayışı olan, Kəlbəcərin relyefi ilə tanış olan hər kəs bilir ki, sadəcə, bu mümkün deyil. Amma erməni generalları əhalini sakitləşdirmək üçün nə gəldi danışırdılar. Təki cəbhə bölgəsindəki erməni əhali sakitləşsin. Görünür, boş sözlərin faydası olmayıb. Ona görə də cəbhədə kiçik əməliyyatlara başlayıblar. Sözsüz ki, bu əməliyyatlar olan zamanı itkilər də olur. Necə ki oldu və davam edir. Amma buna son qoyulmalıdır, qoyulacaq da!
***
Döyüş şəraitində hər şey ola bilir. Bu gün ağır itki verə bilərik, sabahı gün düşmən iki qat itki verər. Amma bunun bir sonu olmalıdır! Olacaqdır da! Müharibədə bütün əsas detallarla yanaşı psixoloji hazırlığı yüksək olan, ən əsası nə vaxt, haradan və necə zərbə vurmağı dəqiq bilənlər qalib gəlir.
Hazırda cəbhə bölgəsində ön səngərdə peşəkar zabitlərimizin rəhbərliyi altında 18 yaşlı əsgərlər dayanır. Amma biz onları tək qoymamalıyıq! Nədən ön cəbhəyə keçmiş döyüşçülər çağırılmasın, onların təcrübəsindən istifadə edilməsin?
Baş verənlər bütün xırdalığı ilə Ali Baş Komandana və ordu rəhbərliyinə aydındır. Nə qərar qəbul edəcəklərsə bu onların işi, amma bizim də üzərimizə düşənlər var. Ordumuzla, cəbhə bölgəsində yaşayan yerli əhalimizlə bir yerdə olmalı və bunu əməldə göstərməliyik. Onlara hər cür dəstək olmalıyıq. Təkcə səngərdə yox, bütün ölkə boyu düşmənin informasiya müharibəsinin qarşısında ayıq sayıq olmalıyıq!
***
Dərhal Qarabağ müharibəsində iştirak etmiş keçmiş döyüşçülər ordu sıralarına çağırılmalı və cəbhə bölgəsində xidmətə göndərilməlidir. Mən demirəm ucdantutma hamını çağırsınlar. Xeyir, heç buna ehtiyac da yoxdur. Torpaqlarımızın işğal olunmasına baxmayaraq, Qarabağda uğurlu əməliyyatlarda iştirak etmiş xeyli keçmiş döyüşçü var, onların kiçik bir hissəsini çağırmaq yetər. Tək bu gün üçün yox, nə qədər ki, torpaqlarımız işğal altındadır bu insanları ön cəbhədə yerləşdirmək lazımdır. Sayını və formasını ordu rəhbərliyi müəyyənləşdirsin və hərəkətə keçsin! Şahid olacaqsınız ki, minlərlə insan çıxacaq meydana!
O ki, qaldı Qarabağı azad etmək üçün hücum əmrinə – onu gözləyirik!

4 ŞƏRH

  1. Dovletimiz artiq iqtisadi cehetden cox inkisaf etmisdir.Neyi gozleyirik.
    Dur ayaga ya azad ol ya tamam yan Azerbaycan.
    Allah dunyadan kocmus sehidlerimizin valideynlerine sebr versin.Biz onlarin ne cur hissler kecirdiyini bile bilmerik.Rahat evlerde kompyuter qarsisinda oturub serh yazmaqdan asan ne varki?

  2. Şəhid olmuş bütün əsgərlərin ailələrinə allaxdan sebir dileyirəm. 22 il əvvəl bizim ailəmizdə belə bir günü yaşayıb. mənim valideyinlərim torpaq və tən yolunda oğul itirib.Başnı dik tit şəhid anası çünkü sənin oğlun vətən yolunda şəhid olub,ən uca zirvəyə ucalıb. Vətən sağ olsun. Allax bütün şehidlere rehmet etsin.

Comments are closed.