Əlibəyli kəndi Zərdab şəhərindən 3 kilometr cənub-qərbdə yerləşir. Ərazisi 525 hektar, əhalisi 1050 nəfərdir. Ötən dövrlərdə “Alıbəyli” kimi də adlandırılan bu kənd Kür və Qarasu (Türyançay) çaylarının qovşağında yerləşir. Kəndin adı Əlibəy adlı şəxsin adı ilə bağlı yaranıb. Ötən əsrlərdə Əlibəyli sakinləri əsasən baramaçılıq, maldarlıq və əkinçiliklə məşğul olublar.
Mənbələrə görə, XIX əsrin ortalarında Əlibəyli 11 evdən, 1887-ci ildə isə 38 evdən və 166 sakindən ibarət olub. Respublikamızın Tovuz və Qax rayonlarında da Əlibəyli adlanan kəndlər var. Mənbələrdə göstərilir ki, 1700-cü illərdə İrəvan əyalətində də Əlibəyli adlı kənd var imiş. Kənd sakinləri əsasən əkinçilik, heyvandarlıq, meyvəçilik, baramaçılıq, balıqçılıq, quşçuluq və tərəvəzçiliklə məşğul olurlar. Kənddə icra nümayəndəliyi, bələdiyyə, məktəb, kitabxana və s. vardır.
Allahqulubagindanda melumat olar ?
Comments are closed.