Zərdab sakini Hüseyn Həsənov Prezident İlham Əliyevə məktub yazıb. Zerdab.com saytı Prezidentin rəsmi saytına istinadən həmin məktubu təqdim edir: “Möhtərəm cənab Prezident!
Sizin konfransdakı çıxışınız bir anlıq mənə ümummilli lider Heydər Əliyevin 1969-cu ilin məşhur avqust plenumundakı çıxışını xatırlatdı. Ulu Öndər həmin plenumdakı çıxışında cəmiyyətdəki neqativ hallar haqqında son dərəcə kəskin danışmış və rəhbər işçilərə ciddi tapşırıqlar vermişdir. Siz də konfransdakı çıxışınızda vətəndaşlara yuxarıdan aşağı baxılmamasını, insanların problemlərinin həlli üçün tədbirlər görülməsini dövlət məmurlarının bir nömrəli vəzifəsi hesab edərək, bu vəzifələri yerinə yetirməyən məmurlar, dövlət qulluqçuları haqqında ciddi cəza tədbirləri görəcəyinizi qətiyyətlə bildirmisiniz. Siz daim xalq üçün, xalqın daha yaxşı yaşaması üçün çalışırsınız və dəfələrlə bəyan etmisiniz ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz imtiyazlı vətəndaşlar bu gün hər cür qayğı ilə əhatə olunmuşuq. Təkcə Zərdab rayonunda son illərdə imtiyazlı vətəndaşlara 34 ədəd, o cümlədən Böyük Vətən müharibəsi əlillərinə 13 ədəd minik avtomobili verilmişdir. Şəhid ailələrinə və Qarabağ uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara 60-dan çox mənzil verilmişdir. Bir sözlə, heç nədən korluq çəkmirik. Bizə göstərilən bu yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə,
Həsənov Hüseyn Dəmir oğlu,
Respublika Veteranlar Şurasının Plenumunun üzvü, “Şərəf nişanı” ordenli, əmək və dövlət qulluğu veteranı, Zərdab rayon Veteranlar Şurasının sədri.
Azərbaycan Respublikası, Zərdab rayonu”.