Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyulun 22-də “Altun Saray” istirahət mərkəzində Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümünə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbir çərçivəsində Fondun milli mətbuat günü ilə bağlı keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin və Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının laueratlarının mükafatlandırılması mərasimi təşkil edildi.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icrası direktoru Vüqar Səfərli tədbiri giriş sözü ilə açaraq media nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik etdi, onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı. Ölkə mətbuatının tarixi inkişaf mərhələlərindən söz açan Fondun icraçı direktoru xüsusən də son illərdə dövlətin yüksək qayğısı ilə söz və mətbuat azadlıqlarının təmini sahəsində mühüm uğurların əldə olunduğunu diqqətə çatdırdı. Sonra söz Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova verildi. Ölkə jurnalistlərini əlamətdar bayram münasibətilə təbrik edən Əli Həsənov hazırkı informasiya əsrində onların fəaliyyətinin cəmiyyət üçün son dərəcə əhəmiyyətli olduğunu bildirdi.
Qeyd olundu ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi söz və məlumat azadlığının təmin olunmasını, onun hüquqi-normativ bazasının yaradılmasını, iqtisadi müstəqilliyinin təmin edilməsini dövlətin mətbuat siyasəti qarşısında dayanan əsas vəzifələri kimi müəyyən edib.
Əli Həsənov dedi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət son 10 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəifndən konseptual şəkildə, müasir dövrün reallıqları nəzərə alınmaqla davam etdirilir.
Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan milli mətbuatının keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, “Əkinçi” qəzetinin xalqımızın həyatında oynadığı rolu xüsusi vurğulayıb. Sonda Mətbuat Şurasının təsis etdiyi “Ali media mükafatı” təqdim olunub.
Qeyd edək ki, “Ali media mükafatı”na layiq görülənlər arasında həmyerlimiz, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas alim Eldəniz Həsənov da var. Ona mükafatı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdim edib.
Xatırladaq ki, bu günlərdə Eldəniz Həsənova “Kaspi” qəzeti və Azərbaycan Mətbuat Şurası tərəfindən Həsən bəy Zərdabi irsinin öyrənilməsi sahəsindəki çoxillik səmərəli fəaliyyətinə görə də diplom təqdim edilmişdi.
Biz də öz növbəmizdə Eldəniz müəllimi bu münasibətlə təbrik edir, ona şəxsi və iş həyatında yeni-yeni uğurlar arzulayırıq.
Zerdab.com
Zərdabi yurdunun fəxri,həmyerlimiz, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas alim Eldəniz Həsənovu urəkdən təbrik edir,işlərində uğurlar diləyirəm.
Əziz həmyerlimiz , hörmətli professor Eldəniz Həsənov ! Bu bayram ərəfəsində – milli mətbuatımızın yaranmasının 139-cu ildönümü günlərində Sizi salamlayıram və Mətbuat Şurasının təsis etdiyi ” Ali media mükafatı ” na layiq görülənlərin sırasında Sizin də adınızı görmək bizim üçün çox xoşdur. Təbrik edirik .
Eldəniz müəllimin mükafat almasına çox sevindim. Onun Zərdabi irsi ilə bağlı apardığı araşdırmalar daha böyük mükafatlara layıqdir.
Mən də onu bu münasibətlə təbrik edir, gələcək araşdırmalarında uğur arzulayıram
Hörmətli həmyerlimiz Eldəniz müəllim! Sizi ” Ali media mükafatı ” amağınız münasibətilə təbrik edirəm.Sizə gələcək işlərinizdə uğurlar arzulayiram. Zərdablılar sizinlə fəxr edir.
Əziz və hörmətli alim dostumuz və həmyerlimiz Eldəniz müəllim! Sizin Ali Media Mükafatına layiq görülməyiniz “ƏKİNÇİ” qəzetinin kollektivini çox sevindirdi. Hər bir zərdablının uğuru bizim hamımızın uğurudur. Səsiniz həmişə uca zirvələrdən, ən nüfuzlu məclislərdən gəlsin! Bir daha təbrik edirik, qardaş!
Comments are closed.