Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas alim Eldəniz Həsənovun “Həsən bəy Zərdabi irsi: kəşməkəşli həyat yolu” adlı monoqrafiyasının təqdimatı olub.
SalamNews-un xəbərinə görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, monoqrafiya Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyinə həsr edilib. Bu kitabda ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi tərtib olunub.
Tədbirdə Kitabın müəllifi Eldəniz Həsənova “Kaspi” qəzeti və Azərbaycan Mətbuat Şurası tərəfindən Həsən bəy Zərdabi irsinin öyrənilməsi sahəsindəki çoxillik səmərəli fəaliyyətinə görə diplom verilib.
“Kaspi” qəzetinin təsisçisi, Əməkdar jurnalist, kitabın rəyçilərindən olan Sona Vəliyeva Həsən bəy Zərdabinin Azərbaycan xalqının rifahı, tərəqqisi naminə gördüyü işlərin danılmaz olduğunu söyləyib.
SalamNews, G.Mustafayeva
Professor Eldəniz Həsənovun “Həsən bəy Zərdabi irsi:keşməkeşli həyat yolu” adlı monoqrafiyasına görə”Kaspi”qəzeti və Azərbaycan Mətbuat Şurası tərəfindən Həsən bəy Zərdabi irsinin öyrənilməsi sahəsindəki çoxillik səmərəli fəaliyyətinə görə diplomla təltif olunması “Əkinçi” qəzetinin müxbiri kimi məni ürəkdən sevindirdi.Hörmətli professor, hesab edirəm ki, bu diplom indiyə qədər layiq görüldüyünüz diplomlar sırasında xüsusi yer tutur. Əziz həmyerlimiz , fürsətdən istifadə edərək Sizi qarşıdan gələn milli jurnalistika günü münasibəti ilə də təbrik edirəm.
Cox maraqli kitabdir muellife tesekkur edirem
Hörmətli admin,siz hansı əsasla məni başqa adla yazmaqda ittiham edirsiniz.Sizə nə lazımdır?Əgər yazdıqların sizi qane etmirsə,bu o demək deyil ki,bunu başqası yazıbMən özüm yazıram,başqasının adı ilə yazıram,başqası mənim el.poçtumdan yazır,mən başqasının el.poçtundan yazıram,bunun sizə nə dəxli.
«Həsən bəy əhalini oxumağa alışdırmaq məqsədilə həmişə qəzeti satış miqdarından çox çıxarıb pulsuz paylayırdı. Lakin əhali bu pulsuz qəzeti də oxumaq istəmirdi. Bəzisi qəzet oxumağı günah hesab edir, bəzisi buna şeytan əməli kimi baxırdı… Avamlar qəzeti əllərinə almaqdan qorxurdular. Onlar deyirdilər: Qəzetdə Allah və Peyğəmbər barədə heç bir şey yoxdur! Adam qəzeti əlinə alanda birtəhər olur. Çar hökumətinin bəzi sabiq məmurları qəzetə yazılmaq haqqında düşünmək belə istəmirdilər. Onlar bunun hökumətə zidd bir hərəkət olmasından qorxurdular. Gürcüstanı ram edən məşhur qəhrəmanın atası qvardiya polkovniki Əli bəy Əlixanov Həsən bəyin ona göndərdiyi qəzeti oğlu ilə geri qaytarıb nifrətlə belə yazmışdı: Təəccüblənirəm, redaktor çarın sadiq xidmətçilərinin hökumət tərəfindən nəşr edilməyən qəzeti oxumayacağını necə olur ki anlamır? Təəssüf ki, müsəlmanlar içərisində də çardan qorxaraq qəzeti oxumayanlar vardı. Onların sayı hətta Allahın qorxusundan qəzet oxumayanların sayından daha artıq idi…». Hənifə xanım Abayevanın xatirələrindən.
Deməli icazə verildi.Onda yazıram:Zərdabinin adından bəhrələnənlər Zərdabi adına parka(BAĞ)nəzər salsınlar və görsünlər ki,o BOYDA BAĞdan heç nə qalmayıb.Torpaqlar satılıb,ağaclar qırılıb(fərqi yoxdur kim tərəfindən)yerində müxtəlif təyinatlı,Zərdabiyə aidiyyatı olmayan binalar tikilib.Hazırda isə BAĞda qalmış ağaclar susuzluqdan yanır.
Zərdabişünaslar və ƏKİNÇİ qəzeti isə susmaqdadır.
“ondan mənə var içinə BAL,ondan mənə yox içinə …”
Comments are closed.