Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin müvafiq tədbirlər planı təsdiq edilmişdir.
Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə muzeyin direktoru Şahnaz Mustafayeva açdı. Sonra muzeyin bələdçisi Sevda Əzizova “Naxçıvan Muxtar Respublikasının 90 illiyi”, muzeyin işçisi Aybəniz Abdullayeva “Naxçıvanın arxealoji abidələri, tarixi irsimizin varislik rəmzidir” və Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsi üzrə Abidələrin mühafizəçisi Sevinc Musayeva “Naxçıvanın Mədəniyyət və tarixi abidələri” adlı məruzə ilə çıxış etdilər. Tədbirdə Həsən bəy Zərdabi Muzeyinin, Veteranlar klubunun işçiləri iştirak edirdilər. Veteranlar klubunun müdiri Sevinc Mürsəliyeva və 37 saylı Mərkəzləşmiş Kitabxana Sisteminin kitabxanaçısı Fərqiyyə Rəsulova Naxçıvan Muxtar Respublikasının yetirdiyi tarixi şəsiyyətlər və siyasi xadimlər haqqında ətraflı çıxış etdilər.
Sonra “Naxçıvan Muxtar Respublikasının tarixi abidələri” adlı sərgi ilə tanışlıq oldu.
Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şahnaz Mustafayeva