Zərdab sakinini Bakıda maşın vurdu

6
63

piyada Bakıda avtomobil yolu keçən piyadanı vurub. Bu barədə Zerdab.com saytı Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Belə ki, iyulun 14-də saat 23.00 radələrində Bakının Nərimanov rayonu Ziya Bünyadov prospektində Bakı şəhər sakini Əsəd Qədirov idarə etdiyi “VAZ-21183” markalı avtomobillə yolu keçən Zərdab rayon sakini İkram Osmanovu vurub. İkram Osmanov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İ. Osmanov orada ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Zerdab.com saytının “facebook” sosial şəbəkəsində fəaliyyət göstərən Zerdab.com adlı səhifəsində istifadəçilərin verdikləri məlumata görə, İkram Osmanov Zərdab rayonunun Şahhüseynli kəndindən imiş. Allah rəhmət eləsin.

Zerdab.com

6 ŞƏRH

  1. allah rehmet etsin ikram emi.. Sen cox yaxwi adam idin. Yerin nurla dolsun.

  2. Allah sene rehmet etsin ikram canlara deyen oglan idin amma ne etmeli qismetin bu imis.Allah senin 9 ayliq olan seid balana omur versin

  3. Allah rehmet elesin,sonrakı belalardan qorusun Azərbaycan xalqını,Zerdab rayonu,onun Şahhüseynli kendini,son 1 ilde bu kendden 4 nefer qezanın qurbanı oldu,içde özüm olmaqla rehmete gedenlerin diger qhumlarına,en esası Şahhüseynli kendine sebr dileyirem,yerleri nurla dolsun.cennetlik olsunlar!!!

Comments are closed.