Zərdablı abituriyent Aydan Ağalarovadan rekord: 665 bal

17
83
Aydan Ağalarova
Aydan Ağalarova

Ali məktəblərə keçirilən qəbul imtahanında Zərdab rayonundan olan daha bir abituriyent rekorda imza atıb. Belə ki, IV ixtisas qrupu üzrə qəbul imtahanında həmyerlimiz, Zərdab şəhər 3 saylı tam orta məktəbin məzunu Aydan Ağalar qızı Ağalarova 665 bal toplayıb, valideynlərini və müəllimlərini sevindirib. Aydan Ağalarova deyir ki, arzusu həkim olmaqdır: “Bu uğuruma görə ilk növbədə valideynlərimə və müəllimlərimə minnətdaram”.

Zerdab.com saytı olaraq Aydan xanımı və ümumən qəbul imtahanlarında uğur qazanan bütün abituriyentlərimizi və onların yüksək nəticə qazanmalarında əməyi olan hər kəsi təbrik edirik! Yolunuz uğurlu, nurlu olsun!

Zerdab.com

17 ŞƏRH

  1. Həmişə uğurlarına sevindiyim Aydan,bir daha təbrik edirəm.Uğurlu nəticələrini Ali məktəbdən eşidək.

  2. TEBRIKLER…COX SAGOL KI,EZIZ SAGIRDIMIZ,SENE EZIYYETI OLAN MELLIM VE VALIDEYINLERININ EMEYINI ITIRMEDIN…ADIN UCA ZIRVELERDEN GELSIN…

  3. oxudum cox sevindim.sani va valideyinlarini bu boyuk ugur munasibatila tabrik ediram.

  4. Hec bir muellim oyunmesin.Bal yiqdiran olsaydiniz ele ovladlariniz 665 bal yiqardi.Bu uqur sagirdin oz zehmetinin, yuxusuz gecelerinin, sebr ve dozumunun, istedadinin neticesidir.Allah bed nezerlerden qorusun!

  5. Aydan, səni təbrik edirəm. Arzuladığın ixtisasa sahib olaraq,
    gələcəkdə daha yüksək nailiyyətlər qazanmağını arzulayıram.

  6. Burda serh yaziblar ki muellimler hec de oyunmesin.evimiz eseiyimiz yox .birce saqirdlerimizle oyunmeyimiz var onu da bize cox gorurler.sinfin toz-torpagini udan muellimler butun saqirdleri oyretmeye calisir.ovladlarimiza gelince de onlar da yuksek bal yigiblar sukurler olsun

  7. Əgər hər kəs öz istedadına arxalanıb oxuya bilsə idi onda məktəb nəyə lazım idi, ay başı xarab! Elə hər kəs evində oturub oxuyaardı. Müəllimlərin əziyyətini başa düşməyən belələri heyif ki, hələ də var!!!

  8. Uca Allah ugurlarinizi bol etsin.Xos soraginiz tehsil aldiginiz universitetlerden gelsin.Biz sizinle qurur duyuruq.

  9. Shagirdler ozleri muellimlere minnetdardilar bu yerlere geldiklerine gore, siz shagird deyilsiz demek. Muellim de olsaydiniz bele rey yazmazdiniz. 2 terefin hec biri de deyilsinizse cox mentiqsiz bir yanashma etmisiniz.

  10. muellimlerini valdeyinlerini ve seni bu ugur munasibetile tebrik edirem

Comments are closed.