Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Oxuculara Xidmət şöbəsində “Tariximizin şanlı səhifəsi” adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Nailə Əliyeva açdı və ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Sonra Nailə xanım ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verdi. Tədbirdə Oxuculara Xidmət Şöbəsinin kitabxanaçısı Samirə Yahyayeva “Xalqa sevgi və xalqın sevgisi ilə” adlı, Uşaq Şöbəsinin multi-media üzrə mütəxəssisi Elnarə Salikova “Tarix qurub, yaradanları qiymətləndirir” adlı məruzə ilə çıxış etdilər. Kitabxananın əməkdaşları Əliyeva Nisə, Qasımova Rəqibə, Sarıyeva Aygün, Məmmədova Gülnaz, Teymurzadə İlahə və 3 saylı məktəbin şagirdi, fəal oxucu İbrahimova Gülşən Heydər Əliyevin Azərbaycanın çoxəsirlik tarixində təhsilə, mədəniyyətə, səhiyyəyə göstərdiyi diqqətdən danışdılar.
Sonda Ulu öndərin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş video lent nümayiş olundu.
Heydər Əliyev -Bu qeyri-adi şəxsiyyət -Azərbaycan üçün çox işlər görmüşdür.O,hələ sağlığında canlı əfsanəyə çevrilmişdir.
Azərbaycan onun hakimiyyətə gəlişindən sonra tərəqqi dövrünə
qədəm qoymuşdur.
Heydər Əliyev zəmanəsinin filosofu idi.Onun fəlsəfəsi SÜLH
fəlsəfəsi idi.
Ulu öndərin həyat və fəaliyyətinin təbliğində MKS-nin rəhbərliyinə və kollektivinə uğurlar arzulayıram.
Comments are closed.