Zərdabda əhali işıq pulunu vaxtında ödəyir

0
46

Zərdab-işıq puluBu ilin beş ayında Zərdab Elektrik Şəbəkəsi Müəssisəsi üzrə 21,3 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2 milyon kilovat-saata yaxın, ödəniş isə 14 faizdən çox artmışdır. O cümlədən daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 588 min kilovat-saat artaraq 9,1 milyon kilovat-saata yaxın olmuşdur. Ödənişdə isə artım təxminən 7 faiz təşkil etmişdir
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu ilin son üç ayında müəssisədə transformator məntəqələrində, hava elektrik verilişi xətlərində yenidənqurma və təmir işləri aparılmış, naqillər yeniləri ilə əvəzlənmişdir. Müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 45 qayda pozuntusu aşkarlanmış, 305 min kilovat-saatdan çox itirilmiş elektrik enerjisinin 18,3 min manatadək istehlak dəyəri bərpa olunmuşdur.

AzərTAc