Zərdab-Yuxarı Seyidlər-Siləyli yolu sosial şəbəkələrdə – FOTO

0
58

Zərdab-Yuxarı Seyidlər-Siləyli yoluRegionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq tikilən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunda işlərin bir müddət öncə tam başa çatdırılması barədə məlumat vermişdik. Bildirmişdik ki, 8 kəndin 9 mindən çox əhalisinin istifadə etdiyi, 47 kilometr uzunluğu olan bu yolun tikintisinə 2012-ci ilin sentyabr ayından başlanılmışdı. 2013-cü ilin martında yolun Siləyli və Yuxarı Seyidlər kəndlərinin ərazisindən keçən hissələrinin asfaltlanmasına başlandı və may ayının sonlarında bu iş başa çatdırıldı. Bir müddət əvvəl isə Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi tamamilə başa çatdırılaraq istifadəyə hazır edilib.

Bu günlərdə “facebook” sosial şəbəkəsində yolun bəzi hissələrində çatların əmələ gəlməsini, bəzi hissələrinin isə deformasiyaya uğramasını əks etdirən fotolar yayılıb. Fotoları Zərdab rayonundan olan Muxtar Əlizadə yayıb. Muxtar müəllimin yazdığına görə, bu fotolar yolun Körpükənd, Bıçaqçı və Yuxarı Seyidlər kəndlərindən keçən hissələrində çəkilib. M. Əlizadə yazır: “Bu yoldan ağırtonnajlı maşınların demək olar ki, istifadə etmədiyini nəzərə alsaq, yolun qısa müddətdə bu vəziyyətə düşməsinin səbəbini necə açıqlamaq olar? Nəyə görə Rayon İcra Hakimiyyəti yolu təmir edən şirkətdən hesabat tələb etmir?”.

Əlavə şərh vermədən fotoları oxucularımıza təqdim edirik.

Zerdab.com

Zərdab-Yuxarı Seyidlər-Siləyli yoluZərdab-Yuxarı Seyidlər-Siləyli yoluyol