Prezident İlham Əliyev Əfqan Fəqan oğlu Salmanovun Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb. Zerdab.com saytı xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əfqan Fəqan oğlu Salmanov Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulu təyin edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 27 iyun 2014-cü il”.
Zerdab.com saytına verilən məlumata görə, Əfqan Salmanov Zərdab rayonundandır. O, Zərdab rayonunda doğulub, boya-başa çatıb.
Yaxınlarının Zerdab.com saytına verdikləri məlumata görə, Əfqan Salmanov artıq 25 ildir ki, Ukraynada yaşayıb işləyir.
Ukrayna torpağında öz əməyinə, xeyriyyəçiliyinə və Ukraynanın bu şimal regionunda insanların rifahı naminə səmərəli fəaliyyətinə görə həmvətənimiz böyük hörmət qazanıb: o, iki dəfə Ukraynanın Sumı vilayət sovetinin deputatı seçilib, “Sumı Xatını”nın – Novaya Sloboda kəndinin fəxri vətəndaşıdır. Vilayətin ən məşhur insanları arasında keçirilən “Sumı vilayətinin inciləri” regional reytinqinin qalibidir.
Bu ilin martın 23-də isə Kiyevdəki “Ukrayna” Milli İncəsənət Sarayında bu ölkədə əsas nüfuzlu müsabiqə – “İlin aqrar işçisi” müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçirilib. Mərasimə bütün ölkələrdə tamaşa etmək mümkün olub. “İlin aqrar işçisi” nominasiyasında bu fəxri adı alan həmvətənimiz zərdablı Əfqan Fəqan oğlu Salmanov olub. Əfqan Salmanov yaşadığı Sumı vilayətində şəkər çuğunduru sahəsinin dirçəldilməsinə görə bu nüfuzlu müsabiqədə qalib olub.
Bundan başqa Azərbaycanın, Zərdabımızın fəxri olan Əfqan Fəqan oğlu Salmanov bir müddət öncə Ukraynada
“İlin adamı” seçilib. Belə ki, Ukraynada ümummilli reytinqinin Ali Akademik Şurası və Baş Müdriyyəti Kiyevdə təntənəli iclas keçirib. İclasda bütün nominantlara, o cümlədən Əfqan Salmanova laureat diplomu təqdim edilib.
Zerdab.com saytı olaraq Əfqan Fəqan oğlu Salmanovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulu təyin edilməsi münasibəti ilə təbrik edirik. Ona həm şəxsi, həm də iş həyatında uğurlar arzulayırıq.
Zerdab.com
təbrik edirik. Babayev bunlarında evin başına uçururdu. bunların ağ günü başlamış sayılır
Belə həmyerli ilə fəxr etməyə dəyər.
Fəxr edirik! Təbrik edirik!Bundan da uca zirvələ
rə yüksəlsin!
Biz cox sevinir fexr edirik.Insallah ugurlari bol olar
Comments are closed.