Allah hər zaman və hər yerdə bəndələri ilə birlikdədir, onun yanında və yaxınlığındadır. Çünki bütün zaman və məkanlar, yer və göy Allahındır. Onun olmadığı heç bir yer yoxdur. O, quluna şah damarından daha yaxındır. Quranda da “Biz ona şah damarından da yaxınıq” (Qaf, 50/16) deyə ifadə edilmişdir.
Uca Allah hər yerdə bizimlə birlikdədir. Hara getsək, harada gizlənsək, O bizi görür, duamızı eşidir və bizə cavab verir. Hər zaman Allah ilə bərabər olmağın gözəlliyini hiss edirik. Onun adı ilə girdiyimiz yerlərdə qorxumuz olmaz. Onun izni ilə girdikdən, adını andıqdan və qoyduğu qaydalara əməl etdikdən sonra hər yerdə özümüzü rahat və evimizdəki kimi hiss edərik. Bu vəziyyət bizi Ona bir az daha yaxınlaşdırar və sevdirər. Bunun əlaməti isə daxildən hiss etdiyimiz rahatlıq və sevinc hissidir.
Kainatdakı bütün varlıqlar, görünən, görünməyən bütün məxluqat Allahın varlığını, birliyini, böyüklüyünü göstərən kitab kimidir. İnsan bu kitabı diqqətli şəkildə oxusa, Allahı hər yerdə tapar. Onun qüdrətini, əzəmət və ucalığın dərk edər. O, isim və sifətləri ilə, gücü və qüvvəsi ilə hər yerdədir. İmanın ən mükəmməli Allahın bizimlə bərabər olduğunu bilməkdir. Heç bir şey Onun elmi xaricində deyildir. Onun bilgisi, iradəsi olmadan bir yarpaq belə, öz budağından qopa bilməz. Biz insanlardan gizlənmək üçün yerimzi dəyişə, uzaq yerlərə səfər edə bilərik. Ancaq Allahdan gizlənmək mümkün deyil, Ona gizli qalan heç bir yer yoxdur. O, hər şeyi görür, eşidir. Çünki O, hər an bizimlədir. İnsan harda nə söyləsə, Allah deyiləni eşidər. Quranda “Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə onların yanındadır.” (əl-Mücadələ, 58/7) deyə buyrulmuşdur.
Allah hər şeyə şahiddir. Bu şahidlik isə qullarının davranışlarını görməsi, bilməsi və sözlərini eşitməsi deməkdir. Allah etdiyimiz hər şeydən və hətta edəcəklərimizdən də xəbərdardır. Bu yaxınlığı hər an hiss edə bilmək necə də gözəl bir duyğu və düşüncədir. Belə gözəl düşüncəyə sahib bir mömin xoşbəxtliyə də nail olmuşdur. Uca Allahın onu gördüyünü, bildiyini və onun yanında olduğunu bilən bir mömin Allahın istəmədiyi heç bir şey etməz. Bu cür insanlardan meydana gələn cəmiyyətdə sabitlik və xoşbəxtlik olar. Allahın onunla bərabər olması, bütün hal və hərəkətlərində ona nəzarət etməsi inancı insanı pis əməllərdən uzaqlaşdırar. Çünki bu şüur onun vicdanının dərinliklərində kök salmışdır. O bilir ki, Zatını görməsə də, səsini eşitməsə də, Allah onunla bərabərdir. Qulun bütün hallarını Allahın bildiyi şüuruna sahib olması, bütün davranışlarından, hərəkətlərindən xəbərdar olduğunu bilməsi, özünü hər zaman nəzarət altında hiss etməsi deməkdir. Allahın bizimlə bərabər olması bir insanla bərabər olmağımız kimi deyil. O zaman Allah yaradılmışlara bənzədilmiş olar. İnsanın ən əsas vəzifəsi Rəbbini bilmək, Onu tapmaqdır. Allah insanı buna görə yaratmışdır. Var olmağın mahiyyəti, sirri budur. Allahı tapmaq, Onu şah damarından daha yaxında hiss etmək insanı rahatladacaqdır. Allahla yaxınlıq şüuru və Onun bizə yaxın olduğu inancı heç bir davranışımızın Ondan gizli olmadığını ifadə edir. Allahın bizimlə bərabər olduğunu demək, harda olsaq da, “O bizimlə bərabərdir, bizə şah damarımızdan daha yaxındır, dua etdiyimizdə duamıza cavab verir, bizim tutan əlimiz, görən gözümüzdür” deməkdir. Allahın qulları ilə olan yaxınlığı yardım, nailiyyət və hidayət yaxınlığıdır.
Allah hər an qullarını qoruyar və onları himayə edər. Allahın elmi, bilgisi hər şeyi əhatə edir. Biz hara getsək də, O, bizimlə bərabərdir. Buna görə də etdiyimiz əməllərdən o an xəbərdar olar. O, sadəcə, bizim xoşbəxt olmağımızı istəyir. İstəyirsiz, qəlbinizi yoxlayın. Onun adını çəkdiyinizdə nə hiss etdiyinizi açıq şəkildə görəcəksiniz.
Allah elbette bizi her yerde her an duyur ve esidir.Qelbimizin derinlikllerinde gizletdiyimiz sirleri bele duyan odur.Insan her an Tanrim meni gorur,duyur,esidir deye davranmalidir.Kimden gizletsek bele Allahdan hec neyi gizlede bilmerik.
Bu traktor da bize gedir deyesen?
Eyer mumkunse o mahni olan videonu deyisin.qelbimiz sokuldu.
Yerlesdirdiyiniz carxlara soz ola bilmez.Inanin dinledikce insan ozunu dogma vetenindedir kimi sanir.Saritel ucun xususi tesekkurler.Oxucularin isteklerini nezere aldiginiz ucun size xususi tesekkurler.Allah bu eziz ayda islerinizi bol ugurlarinizi saysiz etsin ins-h.Kollektivinizin oruc tutan butun uzvlerine Allahdan irade arzulayiriq.
dinledim teker-teker.Alah yar ve yardimcimiz olsun
Comments are closed.