Zərdablı gənclərdən maraqlı layihə – FOTOLAR

0
58

Region Gənclərinin İnkişafına Töhfə İctimai BirliyiAzərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyinin “Tariximiz, soykökümüz, qüdrətli dövlətimiz” adlı layihəsi çərçivəsində 20-22 iyun 2014-cü il tarixlərində Lənkəran şəhərində gənclərin vətənpərvərlik düşərgəsi təşkil olundu. Düşərgənin əsas məqsədi gənclər arasında vətənpərvərlik təbliğatını gücləndirmək, onların asudə vaxtlarının səmərəli təşkil etmək və gənclərin ictimai fəallığının artırılmasına yönəldilib.

Azərbaycanın keçmiş və müasir tarixi barədə keçirilən təlimlərdən əlavə, gənclər arasında mövzuya uyğun çap olunmuş kitab və bukletlərin paylanılması təmin olunub. Lənkəran şəhərində yerləşən tarixi abidələrə, Böyük Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovun ev müzeyinə təşkil olunan ekskursiyalar gənclərin böyük marağına səbəb olub.

Düşərgə iştirakçılarının asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə gənclər arasında müxtəlif idman yarışları keçirilib. Düşərgənin ikinci günü Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli təlimin qonağı olub və natiq layihənin önəmindən və tarixi dəyərlərimizdən geniş söhbət açıb. Layihə 17 iyul 2014-cü il tarixədək davam edəcək.

“Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi

Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi   Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi