Zərdab rayon Mərkəzi Kitabxana Sistemlərinin 39 saylı şəhər kitabxana filialında “Silahlı qüvvələr hər şeyə qadirdirlər” başlığı altında tədbir keçirildi.
Tədbiri kitabxananın müdiri Səidə Xəlilova açaraq “Silahlı qüvvələr hər şeyə qadirdir” başlığı altında çıxış etdi. Kitabxanaçı Gülxanım Vəliyeva əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələrinin müasir dövrdə qorunub saxlanılması və inkişaf etdirilməsi barədə geniş məlumat verdi. Qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrin quruculuğu sahəsində aparılan işlər ölkəmizdə ordunun mütəşəkkilliyinə, möhkəmlənməsinə şərait yaradıb.
Tədbirdə oxuculardan Qocayeva Bahar, İsmayılova Bəturə, Əhədova Aytən, Hüseynova Sevinc, Məmmədova Azadə və inzibati binanın digər işçiləri də fəal iştirak etdilər.
Zərdab rayon MKS-nin 39 saylı şəhər Kitabxana Filialının işçisi Rəhimli Rəhimə