Nekroloqlarda tez-tez bu cür ifadələrə rast gəlirik: “vaxtsız ölüm”.
Yumşaq şəkildə ifadə etsək, bu ifadə Allah-Təalanın bizə yazdığı qəzavü-qədəri tanımamaqdır, inkar etməkdir. Yəni kimin nə zaman, nə yaşda öləcəyini Allah bilir. Allah nə zaman diləsə, insan o zaman ölür. Belə olan halda “vaxtsız ölüm” demək doğrudurmu? – Doğru deyil, hətta günahdır. İnsan beş aylığında da ölə bilər, beş yaşında da, on beş yaşında da, qırx yaşında da. Ölüm həmişə öz vaxtında gəlir.
“Ömür vəfa etsəydi”… Sizi bilmirəm, biz bu ifadədən bir şey anlaya bilmədik. Amma anlaşılmaz, mənasız bu ifadə kitab adı olur, məqalələrin başına çıxarılır. Ömür həmişə vəfa edir, ömür Allahın bizə biçdiyi zaman müddətidir. Vəfasız, qədirsiz varsa, elə özümüzük.
Danışanda nə dediyimizi düşünək, düşüncələrimizi düzəldək, sözlərimizi xətalardan, günahlardan qoruyaq, Allah-Təalanın mərhəmətinə sığınaq. Yoxsa ağzımıza nə gəldi…
www.zaman.az