Az-çox tanınan şairin, yazıçının, ümumiyyətlə, istəniləntanınmış adamın xanımı olmağı bizim nəslin gənclikdönəmində (söhbət yetmişinci illərdən gedir) hansı gənc qızarzulamazdı?! O cümlədən, mən. Adıma şeir qoşulmasınıistəməmişəm desəm, yalan olar. Amma bu xəyalın gerçəkolacağını ağlıma gətirməmişəm. Deməli, taleyim, alın yazımolub.
Nə az, nə çox, düz qırx bir ildi ki Vaqiflə bir yerdəyik. Bu ikiigidin ömrüdü. Beş tələbəlik ilini çıxsaq qalan 35 il ailə payınadüşür. Son nəfəsimə qədər davam edəcək həyat hekayəminbirgəlik tarixindən bir qəzet səhifəsinə sığan nə paylaşa bilərəm? Elə də böyük istedad sahibi deyiləm ki, balaca sözlə böyükdünya yaradım…
***
Aranda, yurdumuzun ərazicə kiçik bir yerində, payızda doğulmuşam. Valideynlərimdən çox payıza bənzəyirəm.
Zərdabın əlli evlik kəndində, sadə ailədə bəxtəvər körpəlik yaşamışam. Allah sevgisi ilə işıqlanan köhnə kərpic evimizdə nənəmərhəməti qanıma hopub. Babamın nağıllarından qanad taxıb uçmuşam. Dünyanın bütün xeyirxah və yaxşı adamları Safuranənəmdən, Şamil babamdan sonra gəlir. Bu sıralama son nəfəsim üzülənə qədər dəyişməz qalacaq. Bununla belə Allahın lütf edibverdiyi ömrümün bu günə qədərki hər anı yaxşı adamların arasında keçib.
Atam-anam da sağ olsun, yaradanın izni ilə məni bu dünyaya gətirib, cəfamı çəkiblər. Onlara borcluyam. Amma bu günümə qədərhəyatda yaxşı nəyə nail olmuşamsa bir elin ağsaqqalı Şamil babamın, altı para kəndin ağbirçəyi, çoxlarının iman-güman yeriSəfurə nənəmin xidmətidir.. Nənə-baba yanında böyüməyin ləzzətini onu dadanlar bilir. Bəxtim onda gətirib ki, hər kəsə örnəknənə-baba ocağında böyümüşəm. Onların tutduğu yol, ailə təcrübəsi yerişimə çıraq tutub. Onlardan hər şeyə yaxşı yöndənbaxmağı öyrəndiyim üçün həyatın ən çətin sınaqlarına tablaşdım. Hər cümə günü mələk misalında olan o insanları anmaq həyattərzimdir. Onların ruhu yolumu aydınladır, gücümü artırır, həyata, ailəmə, uşaqlarıma, yaxşı olan nə varsa onlara bərk-bərksarılıram. Nənəmə və babama bağlı xatirələrim onların ruhu qədər toxunulmaz, əyilməz və sınmazdır.
***
İndi düşmən tapdağında inləyən Kəlbəcər bir vaxtlar arancamaatının yaylaq yeri olardı. May ayının sonundan avqustunaxırınacan, rəhmətlik nənəmin dediyi kimi, allı-güllü yeylaxlarda-Ağcaqızın, Sariyerin dağ yamaclarında binə tutar, yayın dadınıdoya-doya çıxarardıq. On beş yaşadək hər yay o cənnətməkanın buz bulaqlarının suyundan içmişəm, sıldırım qayalaradırmaşıb dupduru səmaya əl yelləmişəm, dərələri, dağları,zümrüd meşələri, yamyaşıl məxmər yamacları əldən-dildəndüşənəcən dolaşmışam, di gəl ki, doymamışam. Beçəbalın,əmliyin dadı damağımda, kəklikotunun, qantəpərin,sarıçiçəyin, baldırğanın ətri indi də burnumdadı…
Bir Sara nənə obrazı yaşayır uşaqlığımın yaddaşında. Ətli-əndamlı, zəhmli bir arvad idi. Başına bağladığı nimdaş yaylığınınaltından alnına sallanan qıvırcıq, gümüşü saçları ona vahiməligörkəm verir, ətəkləri topuğuna dəyən, rəngini çoxdan itirmişqat-qat paltarı həmişə mer-meyvə, siqaret iyi verən konfetlədolu, iri cibli arxalığı onu küpəgirən qarıya bənzədirdi. Onugörən kimi qorxur və qaçıb nənəmin böyrünə qısılırdım. Mən Sara nənədən qorxmurdum. Ondan xoşlamadığım iy gəlirdi. Məno,qoxudan qaçırdım. Çox sonralar bunun mal-davar qoxusu olduğunu anladım. Sara nənənin xeyli inəyi, camışı vardı və nənəmindediyinə görə bu heyvanlar onların mudarası, yəni dolanışıq yeriydi. Onlar bu heyvanların südünü, qatığını, qaymağını satmaqladolanırdı.
Nənəmlə Sara nənə bacılıq olmuşdular. Evimizdən ona, nəvəsinə çoxlu pay-pürüş aparardı. Sara nənə də əvəzində,bəlkə dətəmənnasız hər gün bizə təzə sağılan süd, beçə balı və qaymaq gətirər, nənəm nə qədər israr eləsə də pulunu almaz, mənigöstərib deyərdi:
–Xətrimə dəyirsən, seyid qızı, bax o balacaya nənə payıdı. Uşağa fikir ver, bajı, bir dəri bir sümükdü. Dünyagörmüş adamsan,qarışdır balı qaymağa, doldur isti təndir çörəyinin arasına, ver yesin, əmələ gəlsin. Sara arvaddan qaçdığıma, onu həndəvəriməburaxmadığıma görə nənəm məni məzəmmət eləyər və deyərdi:
– Bala, onun görünüşünə baxma, yaxşı adamdı, mərd arvaddı, kişi qızıdı…
O vədələr bunları anlayacaq yaşda deyildim və mənə görə o yenə də pis nağıl qoxusu verirdi.
Kürd qızı Sara arvadın dərdli hekayətini illər sonra öyrəndim.
On beş yaşın içindəydim. El yenə yaylaqdaydı. Aranlılar dağlılarla sarmaş-dolaş olmuşdular. Mənim gözüm Sara nənəni, onun,kəmağıl məzəli oğlu Yaqubu, çiynindən səhəngi heç düşməyən gəlini Qarateli, bir də onun pırpızbaş oğlu yeganə yaylaq dostumQurbanı axtarırdı. Ona çoxlu kitab, Yaquba saçaqlı konfet gətimişdim. Nənəm yaylığının ucu ilə nəmli gözlərini siləndə hər şeyianladım. Sara nənə bir də bulanıq gözləri ilə məni süzüb, nənəmə:
–Seyid qızı, nəvən namxuda yaman yekələnif, qəşəhcə qız oluf, gözün üstündə olsun,-deyib bir daha göz vurmayacaqdı.
Doqquz oğuldan səkkizi nakam getmişdi bu dünyadan. Sonbeşiyi, Yaqubu gözündən ayırmaz, onu kimsəyə, Yaqubdan on yaşböyük arvadına belə etibar eləməz, körpə uşaq kimi öz əli ilə yedirib içirər,hara getsə yanınca aparardı…Haqqın dərgahınaköçmüşdü mənim Sara nənəm. Çəmən-çiçək solmuş, başı buludları dələn qoca dağlar sisdən-dumandan görünməz olmuş, yaylaqanlamını itirmişdi… Mən o yay Sara nənəni bağrıma basıb doyunca öpəcək, qoxusunu dağ havası kimi sinəmə çəkəcək, Saranənə, mən səni Səfurə nənəmi istədiyim qədər istəyirəm,-deyəcəkdim. Bəxtəvər yaddaşımda hələ də Kəlbəcər nisgili yaşayır,böyüyür. Sara nənəmin ruhuna and olsun ki, bu nisgil bitəcək! Kəlbəcərlilər öz yurdlarına dönəcəklər. Nəvələrim Nəzrinə, Səfərə,Elmiraya, İsgəndərə və birdə balaca nənəm-nəvəm Səfurəyə Kəlbəcərin gözü sayılan Taxtabaşında Sara xatun dastanını nağılsöyləyəcəyəm…
***
Böyük şəhərə Vaqif şərqşünas, mən hüquqşünas olmaq arzusu ilə gəlmişdik. Allah məni onun bəxtinə yazdığı üçün, o, 1972-ciildə müsabiqədən keçə bilməmiş, növbəti il mənimlə təkrar imtahana gəlmişdi. Başqa cür necə ola bilərdi ki… Axı o mənim alınyazımdı…
1973-cü ildə hər ikimiz indiki Bakı Dövlət Universitetinin(o zaman Azərbaycanda yeganə universitet idi) jurnalistika fakültəsinintələbəsi olduq.
Onu üçüncü kursadək demək olar ki, görmədim, duymadım. Sadəcə hər kəs kimi o da tələbə yoldaşım idi. Onun könlündə nəzaman yer almışam, ürəyini nə zaman titrətmişəm, deyə bilmərəm. Özü daha yaxşı bilir. Odlu-alovlu bir eşq yaşadıqmı?.. Hə vəYox!
Bir yaz günü dərs fasiləsində mənə bükülü vərəq ötürdü. Haçan arxamdakı partada oturduğunu hiss etməmişdim. Vərəqi açdım,zarafat sandım. Biz heç dost da deyildik. Utancaq, söz deyəndə qıpqırmızı qızaran oğlanın mənimlə nə işi? Kağızda bir bənd şeirvardı və o misralar könlümü yerindən oynatmağa yetdi. Əgər belə demək olarsa, həmin gündən siçan-pişik oyunumuz başladı.Mən ondan, o məndən qaçdı. Bir gün baxışlarımız toqquşdu və siçan- pişik oyunu bitdi. Nə zaman əl-ələ tutduq, nə zaman eyniyolun yolçusu olduq, nə Vaqif xatırlayır, nə mən…
Bir də baxdıq oğul-uşaq sahibi, ev-eşik yiyəsiyik. Qırx ildən çoxdu doğru bildiyimiz yolla əl-ələ, çiyin-çiyinə əmin addımlarlagedirik. Ölüm bizi ayıranacan bu belə olacaq. O qədər yaxınıq ki, indi mən onun yerinə nəinki vəd verə, söz deyə, hətta and içəbilərəm.
Söz yazmağa nə var ki… Su içmək qədər asandır. Kəlmələri muncuq kimi ard-arda düzürsən sıralanıb gedir. İlk baxışdan illər dəasan yazılan kəlmələr kimi sürətlə ötür. Gözünü açıb-yummağa, geriyə boylanmağa macal tapmırsan. Ən əsası isə budur ki,geriyə boylananda keçdiyin yolda, yaşadığın ömürdə səni utandıracaq,qəhr edəcək, heç zaman arasını açmaq istəmədiyin birsəhifə yoxsa, sənə dikilən gözlərə şəstlə baxa bilirsənsə, demək ömrü bada verməmisən!
Asan yaşamamışıq. Enişlər, yoxuşlar, zamanın acımasızlığı, maddi sıxıntılar, evsizlik, kasıbçılıq… Bunlar bizim iradəmizin,səbrimizin qarşısında heç nə idi. Biz kirayədə yaşadığımız nəmli zirzəmilərdə belə yaşadığımız bol günəş işığı düşənmənzilimizdəki qədər xoşbəxt olmuşuq. Xoşbəxtlik ərmağan verilmir. O qazanılır. O insandan əmək istəyir, zəhmət istəyir. Hərkəs eşitsin və duysun; Qapını döyüb başına tac qoyan, səni süd gölündə üzdürən sehrli qüvvə yoxdur və olmayacaq.
İstəkli bəndə olduğuma, mənə könlünün xoş saatında həyat verdiyinə inanıram. Allahımdan, taleyimdən razıyam. Nə yaxşı ki,Vaqifi mənim baxtıma yazıb. Nənə-babamdan sonra, yalnız onun simasında insanın dünyanın əşrəfi olmasına dübarə inandım.Vaqif böyük yanında böyükdü, uşaq yanında uşaq, şeytan qarşısında isə həmişə mələkdi. Qarışqanı tapdamağa qıymaz. Ənyorğun, lap üzgün vaxtında belə ürəyimi qırdığını, baldan acı bir söz dediyini xatırlamıram. Mərhəmətli, gözü-könlü toxdu. Biri təzəev tikər, ona sevinər, biri oğul evləndirər, qız köçürər ona fərəhlənər. Geniş qəlbində hər kəsə yer var. Dosta, qohuma,qardaşa…Mənim yerimsə fərqlidir. İstəsəniz bunu bir zarafat sayın, hər zarafatda bir gerçək olduğunu isə yaddan çıxarmayın.
Bənzərsiz insan Vaqifin üç övladının anası olmaqla yanaşı, həm də Azərbaycan ədəbiyyatında özünəməxsus yer alan,cəmiyyətdə bir şəxsiyyət olaraq yaxşı görünən dolğun bir şairin xanımıyam. Qürur duymuram desəm, doğru olmaz. Onu sevənlər,yaradıcılığına dəyər verib, şəxsiyyətinə hörmətlə yanaşanlar sadəcə bir Vaqifi, şair Vaqif Bəhmənlini tanıyırlar. Mənsə, həm şair,həm insan Vaqifi ovcumun içi kimi tanıyıram. Onunla dil tapmaq çox asandı. Saçı boş yerə ağartmamışam ki… İkicə dəqiqəyə onuquzu balasına döndərə bilirəm. Amma bütün hallarda şair Vaqif Bəhmənliyə baxıram və bu zaman görürəm ki, nəinki məni, həttaqəribi ağlamaq tutur. Allaha and olsun ki, şairlə yaşamaq çətin deyil, heç asan da deyil… Çox istərdim ki, bu söhbətimiz şairVaqif Bəhmənlinin həqiqətən də yalnız mənə yazıldığına inandığım şeirləri ilə davam etsin.
***
Rəhilə xanım üçün doqquz şeir
BİR ƏBƏDİ SEVGİ
Bir əbədi sevgim var –
dəyişmərəm ağrısını
dünyanın ən böyük
xoşbəxtliyinə.
Bir əbədi sevgim var
ürəyimdə,
damarlarımda,
gicgahımda döyünər.
Bir əbədi sevgim var;
qaranlığı
min qat yaxşıdı
göy üzünün
gülümsər aydınlığından,
kirpiklərinin kölgəsi
çox-çox sərindi
cənnət bağından…
Bir əbədi sevgi –
yalanlardan uzaq,
riyadan uzaq…
Kəpənək qanadları kimi
davamsız
röyadan uzaq.
Bir gün ağlasam
gülləndirən
gözümün yaşlarını,
ölsəm bir gün
dilləndirən
qəbrimin daşlarını –
bir əbədi sevgim var.
Bir əbədi sevgi…
yaranışdan yaranıb
evimə, eşiyimə,
ömrümə
nur calamağa,
Səhərlər oyadır
günəş telləri kimi
ilıq barmaqlarıyla,
çay dəmləyir mənə,
Sonra da başlayır
oğlumun beşiyini
yırğalamağa –
bir əbədi sevgi…
UŞAQLAR KƏNDDƏDİ
Sükut hakim olur yola, dalana,
Evimiz boşalır bir dəfə ildə.
Əlüstü deyirik xəbər alana:
Uşaqlar kənddədi, nənəsigildə.
Eyvanda səbətə qalaqlanıb, bax
Yalançı tüfəng də, ayı da, fil də.
Ləzzətlə dincəlir oyun-oyuncaq –
Uşaqlar kənddədi, nənəsigildə.
Rəhilə unudur qazan asmağı,
Hikkəli kəlmələr cücərir dildə.
Bircə səbəbi var qoşa susmağın;
Uşaqlar kənddədi, nənəsigildə.
Açıq pəncərədən yola göz dikir
Pas tutmuş güldanın içində gül də.
Qarışır beynimdə neçə söz, fikir –
Uşaqlar kənddədi, nənəsigildə.
Poçtda xanımlara boğaz çəkirəm
–Ay bacı, rayonu… telefon əldə.
Bu dərdi beləcə, hər yaz çəkirəm…
Uşaqlar kənddədi, nənəsigildə.
HƏMİŞƏ GÖZƏL
Paltar vannasından çıxmayan əlin
qırışdı, desəm, incimə.
İşıq saçan qızıl telin
qarışdı, desəm, incimə.
Güləş gözün kədərlə
barışdı, desəm, incimə.
Çox yaşıl gülümüzü
nə olsun xəzəl eləyib;
Həyat səni, əzizim,
bir az da gözəl eləyib.
SƏNƏ DƏRD DƏ YARAŞIR
Bizi alqışın saxlar
Deyimmi, deməyimmi?
Gül şaxısan, uşaqlar
Zərif kəpənəyindi.
Mələklər köynək sərir
Cənnət gülünə, sanam:
Səni gözəl göstərir
Paltar yuduğun vanna.
Qismətin bahar sənin
Püşkünə seçilibdir.
Dünyada nə var sənin
Boyuna biçilibdi.
Gələr, ya gözə gəlməz
Hardandı bu yaraşıq?
Sevincin sözə gəlməz,
Sənə dərd də yaraşır…
ÖZÜMÜZ OLANDA
Sayı min-min, qatı çin-çin
Arzumuz olanda yaxşıydı.
Çəpər dibində, çiçəyim,
İzimiz olanda yaxşıydı…
Körpə könlə qada salan,
Baxmaq ilə oda salan
Bir cüt şamı yada salan
Gözümüz olanda yaxşıydı.
Gecə keçsin, kimdi yatan,
Kimdi bizdən xəbər tutan?
Kol qanadan, tikan batan
Dizimiz olanda yaxşıydı.
Alışığı sən gətirən,
Çırpısını mən gətirən,
Gecəmizə gün gətirən
Közümüz olanda yaxşıydı.
Qəm piltəli iki çıraq…
Alışmağa yoxdu maraq!
Basdı bizi oğul-uşaq –
Özümüz olanda yaxşıydı,
İkimiz olanda yaxşıydı.
HƏYAT HAQQINDA
Nə yaxşı ki, anam olub,
Nə yaxşı ki, atam olub,
nə yaxşı ki,
mən olmuşam sonra da.
Nə yaxşı ki, anan olub,
Nə yaxşı ki, atan olub,
nə yaxşı ki,
sən olmusan sonra da.
Nə yaxşı ki, Vətənimiz eynidi –
İlk yuvamız torpaq olub, yer olub.
Üstümüzə qanad sərib göy üzü,
Nə yaxşı ki, günəşimiz bir olub.
Nə yaxşı ki, uçmamışam qayadan,
Nə yaxşı ki, yanmamısan odda sən.
Nə yaxşı ki, düşməmişəm ağacdan,
Nə yaxşı ki, batmamısan suda sən.
Bir sevginin hərarəti, istisi
Beynimizi qarışdırıb nə yaxşı.
Dilim yanar taleyimə pis desəm,
Tale bizi görüşdürüb nə yaxşı.
Bu səadət ölənəcən bəsimdi
Sənin necə… arzun hələ çoxdumu?
Yanar qəlbə sərinlikdi, nəsimdi
Nə yaxşı ki, səsi gəlir oğlumun.
Nə yaxşı ki, bir ata var hardasa
Güclə dözən körpəsinin nazına.
Nə yaxşı ki, bir ana var hardasa
Şirin-şirin layla çalır qızına…
BARMAĞINI QATLA GÖRÜM
Ürəyim gül parçasıdı:
Hər nə edib, dilim edib.
İnsaf kimi seçəsidi,
Kim kimə çox zülm edib??
Barmağını qatla görüm.
Hicran ki, var şükür yenə…
Bu da bir növ ərmağandı.
Dağ sinəmdə çatıb minə,
Əllərində barmaq ondu –
Barmağını qatla görüm.
Mənə yağan, məndən yağan
Acı qalsın, şirini say.
Uşaqlığı qoy qırağa,
On yeddidən birini say –
Barmağını qatla görüm.
Qəm düzündə xışı çəkən
Yaddan çıxıb dönüb yada.
Dərdi məndən yaxşı çəkən
Adam varmı bu dünyada? –
Barmağını qatla görüm.
Aramızdan nə yel əsib
Namərd olub duymamışam?
Yar yolunda indiyəcən
Kim özünü qurban kəsib,
Mən canıma qıymamışam –
Barmağını qatla görüm?
BU BİZİKMİ
Dörd divarın soyuğundan
qar yığırıq,
buz çəkirik, əzizim,
Nə ağrıdı, bu ağrılar
biz çəkirik, əzizim?
Hanı, hanı uçduğumuz –
uça-uça
göy üzünü qucduğumuz, əzizim?
Bunca bizi yoran nədi,
Gözümüzə durub-durub
dizimizi qıran nədi, əzizim?
Saçlarını topa yığan
Bantın hanı,
İçi kitab, dəftər dolu
çantan hanı, əzizim?
Gül bağından gül adına
gül üzənin necoldu?
Sarı sünbül saçlarına
gül düzənin necoldu?
Əldə qırıq acı badə,
Şirin çağlar düşmür yada
Rüzgarların caynağında
Dörd cüt qanad getdi bada, əzizim…
Gəlmişikmi, görmüşükmü,
olmuşuqmu bu dünyada, əzizim?
Yadlara bax…
Qəşş eləyir,
doğmalar da gülür bizə ?
Bu iki deyingən qoca bizikmi
əyləşmişik diz-dizə?..
Allah, ölüm ver bizə,
Allah, ölüm ver bizə!..
***
Çöldə tufan. Çölü kəsir –
Evim çox-çox aralıda…
İçəridə içim əsir;
Könül qapım aralıdı…
Çöldə tufan. Mobil səsi –
Telefonda sənin adın.
Yad ellərdə doğma kəsi
Soruşacaq doğma qadın…
Qapım açıq. Çöldə tufan
Huşummu var, Allah kəssin…
Durum örtüm, uzaq yoldan
gələn səsin üşüməsin.
Hazırladı: Məhəbbət HACIYEVA