Zərdabda Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbiri Mərkəzi Kitabxana Sistemlərinin direktoru Nailə Əliyeva açıb. Nailə Əliyeva müstəqilliyimizin qorunub möhkəmləndirilməsində və ölkəmizin dinamik inkişafında dahi rəhbər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.
Tədbirdə Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin kitabxanaçısı Ofeliya Osmanova, uşaq şöbəsinin kitabxanaçısı Nisə Qasımova, informasiya və resurs şöbəsinin müdiri Rəqibə Qasımova, metodika və biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova çıxış edərək ölkəmizin üzləşdiyi bir çox çətinliklərin ulu öndərin uzaqgörən siyasəti nəticəsində aradan qaldırıldığını qeyd ediblər.
Zerdab.com