Müəllimlərin Sınaq Qiymətləndirilməsi Zərdabda da tətbiq ediləcək

0
49
müəllimAzərbaycanın müstəqilliyi bərpa edilən gündən təhsil sahəsində fəaliyyət göstərən müəllimlərin bilikləri, metodik və kommunikativ yanaşma bilikləri barədə sistemli məlumat yoxdur. Zerdab.com saytı xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat xarakterli mətbuat konfransında deyib. Onun sözlərinə görə, belə bir diaqnostik qiymətləndirmə heç vaxt keçirilməyib.

M. Cabbarov deyib ki,  sınaq qiymətləndirilmə təhsil sistemində qəbul olunmuş və geniş istifadə edilən alətdir. Nazir qeyd edib ki, bu sahədə qəbul olunan istənilən qərarın düzgün məlumata əsaslandırılması vacibdir: “Bakıda fəaliyyət göstərən məktəblərin sınaq qiymətləndirmə 30 minə yaxın müəllimi əhatə edir. Növbəti mərhələdə Müəllimlərin Sınaq Qiymətləndirilməsi bütün ölkə ərazisində tətbiq ediləcək”.

Zerdab.com