Zərdab rayonuna dolu düşüb. Bu gün saat 10.30 radələrində rayonun bir hissəsinə dolu düşüb. Sakinlər fərdi təsərrüfatlarına qismən ziyan dəydiyini, dolunun meyvə ağaclarına, taxıl və ot sahələrinə ziyan vurduğunu bildiriblər.
Zerdab.com saytı xəbər verir ki, Zərdab rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərov APA–ya açıqlamasında bildirib ki, bu gün Zərdaba düşən dolu qısamüddətli olduğundan hələlik ziyanla bağlı rayon İcra Hakimiyyətinə heç bir müraciət edilməyib.