Dövlət büdcəsindən Zərdaba ayrılmış vəsaitlər müzakirə olundu

0
44

ZərdabHesablama Palatasının Kollegiya iclası keçirilib.

Zerdab.com xəbər verir ki, kollegiya  iclasında dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Geologiya Kəşfiyyat Xidmətinə, Göyçay rayon İcra Hakimiyyətinə, həmçinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Zərdab Rayon İcra Hakimiyyətinə  ayrılan vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə olunaraq  müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisinə təqdim olunması qərara alınıb. Eyni zamanda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Səhiyyə Nazirliyinə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair  Dövlət Proqramı”  üzrə səhiyyə obyektlərinin tikintisinə və əsaslı təmirinə,  dövlət büdcəsindən Sabunçu rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, həmçinin  Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı Şəhər Yollarının İstismarı İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları müzakirə edilərək təsdiq olunub.