Zərdab Rayon Mədəniyyət Evinin nəznində fəaliyyət göstərən Veteranlar Klubunun təşkilatçılıgı ilə şəhərimizdəki 3 mərtəbəli inzibati binada yerləşən idarə, müəssisə və təşkilatların əməkdaşlarının iştirakı ilə 28 May Respublika Günü münasibətilə tədbir keçirilib. Bayram tədbirini klubun sədri Sevinc Hüseynova açıb. Zerdab.com saytına verilən məlumata görə, S. Hüseynova deyib ki, 1918-ci il mayın 28-də müsəlman şərqində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti yaranmış və bu tarix xalqımızın həyatında ən unudulmaz günlərdən biridir. Klubun metodisti Nəzakət Məhərrəmova, klubun mədəni təşkilatçısı Günay Əhədova, Qızıl Aypara Cəmiyyətinin Zərdab rayon bölməsinin təlimatçısı Tamilla İsmayılova “28 may Respublika Gününün tarixi”, “Azərbaycan Xalq Cümhuriyyəti müstəqillik tariximizin uca zirvəsidir” mövzusunda məruzə ediblər. 2 saylı şəhər məktəbinin şagirdi Süsanə Məhərrəmova, 3 saylı şəhər məktəbinin şagirdi Aysu Hüseynova Azərbaycana həsr olunmuş şeirlər söyləyiblər.
Zerdab.com
Bu bayram ən gözəl bayramımızdır.Bizim borcumuzdur ki belə tədbirlərdə iştirak edək.O günlər olsun Azərbaycanın işgal altında olan torpaqlarımız geri alınsın.Azərbaycanın üç rəngli bayragı Qarabagda dalgalansın.
Comments are closed.