Bu gün Ucar rayonundakı mərkəzi xəstəxanada qalmaqal və dava-dalaş düşüb.
Avropa.info xəbər verir ki, Zərdab şəhər sakini Qasımov Füzuli Hümmət oğlu qızı Qasımova Günel Füzuli qızını qeysəriyə üsulu ilə əməliyyat etdirmək üçün təcili olaraq Ucar şəhər mərkəzi xəstəxanasına gətirib.
Lakin Avropa.info iddia edir ki, ağır vəziyyətdə olan xəstəni həkimlər nəinki qəbul etməyiblər, hətta onları qapıdan belə içəri buraxmayıblar. Üstəlik xəstəxananın mühafizəçiləri ağır vəziyyətdə olan xəstənin gözü qarşısında onun atası Qasımov Füzulini və qızının həyat yoldaşı Natiq adlı şəxsi də döyüblər.
Avropa.info bildirir ki, xəstənin yaxınları baş verənlər barədə xəstəxanaının baş həkiminə müraciət ediblər, baş həkim isə onlara “əcəb edib, döyüblər”, deyib və onları kabinetindən qovub.
Hazırda Ucar rayon xəstəxanasının qarşısında əməliyyat olunmaq üçün gətirilən ağır xəstənin qohumları ilə xəstəxanə mühafizəçiləri arasında qarşıdurma davam edir.
Xəstə hələ də əməliyyat olunmayıb.
Avropa.info-ya açıqlama verən Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə xəstənin artıq əməliyyat olunduğunu və vəziyyətinin də normal olduğunu deyib:
“Əksinə, xəstənin valideynləri həkimləri döyüblər. İndi məsələni polis araşdırır. Xəstənin yaxınları həkimlərdən xəstəni təcili yardımla Bakıya aparmaq üçün maşın istəyiblər. Həkimlər isə xəstənin vəziyyəti pis olduğu üçün maşın verməyiblər. Qarşıdurma bundan yaranıb”.
Xəstənin atası Füzuli Qasımov isə Anar Qədirlinin dediklərini təkzib edib:
“Biz təcili yardım-filan istəməmişik. Sadəcə, bunlar xəstəxananın qapısını belə üzümüzə bağlamışdılar. Həkimlər tökülüşüb bizi döydülər. Axırda iş böyüyəndən sonra, mətbuata müraciət etdiyimizi biləndən sonra əməliyyat etdilər”.
Avropa.info
yeqin ki bilirsiz bu Ucar rayonuda birinci hadise deyil.Qasimov Fizuli menim Qardasimdir ve onun kimese el qaldirmagi mumkunsuzdur. bu xestexanada nece analar doguw zamani heyatini itirib.bununla bele hec bir tedbir gorulmur.insanin heyatini pulla olcurler Ucar xestexanasinda.yeqin ki adiyyeti orqanlar bu olay haqqinda hansisa tedbir gorecek
Allah rehmet elesin ru sad olsun yeri cenet olsun allah dan yaxinarina sebir dileyirem allah O, hekimlerin cesasini versin bundanda uar hekimleri zerdab hekimlerine pis deyirdiler olar ozleride zerdab hekimler pisdiler doguw zamani nece xanimlarimizi oldurubler olenlerin hamisinin yerileri cenet olsun ruhlari sadolsun amin
Comments are closed.