Zərdab gənclərinin ümumrayon toplantısı keçirildi

0
55

Zerdab26 may 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Respublika Gənclərinin 7-ci Forumu çərçivəsində Zərdab rayon gənclərinin ümumrayon toplantısı keçirildi. Toplantı iştirakçıları öncə Ümummilli liderimiz Heydər Əliyevin heykəli önünə gül dəstələri qoydular. Müxtəlif sahələrdə çalışan 150 nəfər gəncin iştirak etdiyi tədbirdə yeni nəslin fiziki və mənəvi inkişafına göstərilən dövlət qayğısından faktlarla söz açıldı. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən minnətdarlıqla danışıldı. Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev ötən toplantıdan sonra görülən işlər barədə hesabat verdi. Bildirdi ki, 2011-2014-cü illər ərzində zərdablı gənclər rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında, quruculuq və abadlıq işlərində fəallıq göstəriblər. Uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənc istedadların aşkarlanması, yeni nəsildə vətənpərvərlik və vətəndaşlıq hisslərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Yeniyetmələr “Cəsurlar”, “Şahinlər”, “Vətənin müdafiəsinə hazıram”, poliatlon çoxnövçülük üzrə hərbi idman oyunlarının respublika finalında, “Hünər” vətənpərvərlik mahnı festivalında uğurlu nəticələr əldə ediblər. Hesabat dövründə rayonun idmançıları 71 yerli, 28 zona, 21 respublika, 10 beynəlxalq səviyyəli yarışda iştirak edərək, müxtəlif əyyarlarda 134 medala sahib çıxıblar. Prezident İlham Əliyevin iştirakı ilə Zərdabda müasir Gənclər Mərkəzinin istifadəyə verilməsi yeni nəslin inkişafına mühüm təsir göstərib. Bundan əlavə rayonun gənc abituriyentləri də ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstəriblər. Son 3 ildə Zərdabdan 330 gənc müxtəlif ali məktəblərə daxil olub. Onlardan 6 nəfəri 600-dən çox bal toplayıb. 1 nəfər Prezident təqaüdünə layiq görülüb.

Toplantıda müxtəlif sahələrdə çalışan gənclər çıxış edərək onlara göstərilən diqqət və qayğıdan, etimaddan minnətdarlıqla söz açıblar. Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Rəhman Feyzullayev çıxış edərək yeni nəslin qarşısında duran mühüm vəzifələrdən bəhs edib.

Çıxışlardan sonra Respublika gənclərinin 7-ci forumuna Zərdab rayonundan nümayəndələr seçilib.

Tədbirin sonunda toplantı iştirakçıları adından ölkə başçısına müraciət qəbul edilib.

Zərdab Rayon İcra HakimiyyətiZerdabZerdab