Cənnətə girməyin qarşılığı var

0
64

kainatBəşər tarixinə baxdığınız zaman ən böyük çətinlikləri, sıxntı və müsibətləri başda Peyğəmbərlər olmaqla inanmış insanların yaşadıqlarını görərik.

İman ən böyük nemətdir. Bu səbəblə bu mövzudakı imtahan da çətindir. Həyat imtahanı insan üçün hər zaman çətin olmuşdur. Bəzi müsəlmanlar sırf “Rəbbimiz Allahdır” dedikləri üçün zülmlərə məruz qalmışlar, yurdlarından çıxarılmışlar (əl-Həcc surəsi- 40). Peyğəmbərlər və onlara inananlar “Allahın yardımı nə zaman yetişəcək?” deyəcək qədər sıxıntıya və çətinliyə düşmüşlər və sarsılmışlar. Əvvəlki Peyğəmbərlər və onların ümmətləri kimi Həzrəti-Muhamməd və səhabələri də imanlarını və müqəddəs dəyərlərini dünya mənfəətindən, rahatlığından üstün tutmuşlar, böyük ağrılara, sıxıntılara dözmüşlər. Bəzən “Allahın yardımı nə zaman yetişəcək” desələr belə, əsla çarəsizlik və imanda tərəddüd içinə düşməmişlər, aciz olmamışlar, əllərindən gələni yerinə yetirdikdən sonra “Şübhəsiz, Allah dininə yardım edənə mütləq yardım edər” (əl-Həcc-40) İlahi fərmanından çıxış edərək bir tərəfdən o köməyi gözləmiş, digər tərəfdən isə bütün güc və varlıqları ilə haqq yolunda mübarizələrinə davam etmişlər. Uca Allah bu barədə öz kitabında belə buyurmaqdadır:

“Ey iman gətirənlər! Əgər siz Allaha yardım göstərsəniz (əmrlərinə riayət etsəniz), O da sizə yardım göstərər və sizi sabitqədəm edər.” (Muhamməd surəsi-7).

Şübhəsiz ki, Cənnəti qazanmağın müəyyən qarşılığı var. Bir nemət nə qədər dəyərlidirsə, qarşılığı da o qədər yüksək olmalıdır. Belə olan halda nemətlərin ən gözəli olan Cənnət nemətinə qovuşmaq üçün bəndə nələrini fəda etməyə hazır olmalıdır?

Əvvəlki qövmlərdə bu imtahanı çox uğurla verib o nemətə qovuşanlar az deyil. Bu barədə Uca Allahımızın bizə bildirdiklərinə qulaq verək:

“And olsun şəhadət verənə və şəhadət verilənə ki, (Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lənətə düçar olub) qətl edildilər. O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı. O zaman onlar (xəndəklərin) kənarında oturub, (öz əsgərlərinin) möminlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər. Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. O Allah ki, göylərin və yerin ixtiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!” (əl-Büruc surəsi  – 3-9)

İlk müsəlmanlar da eyni şəkildə şiddətli imtahana məruz qalıblar. Həbbab ibn Ərət (r.a.) deyir:

“Rəsulullah (s.ə.s) Kəbənin yanında oturmuşdu və biz yanına gəlib müşriklərdən ona şikayət etdik: “Bizə kömək etmirsənmi, bizim üçün Allaha dua etmirsənmi?”- soruşduq. Üzünün rəngi

qıpqırmızı olmuşdu, bizə bu cavabı verdi: “Sizdən əvvəl elələri vardı ki, onları tutub bir xəndəyə salır, sonra da başının ortasından mişarla ikiyə bölürdülər. Eləsi də vardı ki, yun darayırmış kimi ətini dəmir daraqlara çəkirdilər, əti sümüyündən ayrılırdı. Ancaq bu məşəqqətlər onları dinindən döndərə bilmədi. Allaha and olsun ki, Allah bu dini tamamlayacaq. Belə ki, bir yolçu dəvəsinə mindimi sənadan çıxıb Həzrətmövtə qədər gedəcək, A

llahdan başqa heç bir şeydən qorxmayacaq, yalnız qurddan qorxacaq ki, qoyununa zərə verər. Ancaq siz tələsirsiniz.”

Bəli, böyük məqsədlərə böyük fədakarlıqlarla, mübarizələrlə yetişmək mümkündür. Cənnət hər bir insanın məqsədi olmalı və cənnəti arzulayan hər kəs də onun qarşılığını ödəməyə hazır olmalıdır.

www.zaman.az