Zerdab.com saytının APA-ya istinadən verdiyi məlumata görə, Ucar, Zərdab, Göyçay və Kürdəmir rayonlarında ötən ilə nisbətən bu il 70-80 qəpik bahalaşma müşahidə olunur.
Belə ki, ötən il 1 – 1 manat 20 qəpiyə satılan 1 ədəd yonca bağlaması hazırda 1 manat 80 qəpik – 2 manat, 80 – 90 qəpiyə satılan 1 ədəd ot bağlaması isə 1 manat 50 qəpik – 1 manat 80 qəpiyə satılır. Fermerlər bunu əsasən hava şəraitinin əlverişsiz keçməsi, sahələrdə otun azlığı və dizel yanacağının qiymətinin artması ilə əlaqələndirirlər.
Fermerlər dizel yanacağının artması ilə əlaqədar olaraq, ötən ilə nisbətən bu il otun biçilməsi, bağlanması və daşınmasında da qiymətlərdə artım olduğunu deyirlər. Ötən il 1 hektar ot sahəsi 20 manata biçilirdisə, bu il 30 manata, 1 ot bağlaması 20 qəpiyə bağlanırdısa bu il 25 qəpiyə, sahələrdən ot 15 manata daşınırdısa bu il daşınma haqqı 20 – 25 manata kimi qalxıb.
Bunun da nəticəsində bu il ot bağlaması ötən ilə nisbətən baha satılır. Bu isə maldarlıqla məşğul olan fermerlərin işinin daha da çətinləşdirir. Onlar yaxın vaxtlarda diri heyvanın və ətin qiymətinin qalxmasınıs ehtimal edirlər.