FƏRQANƏ MİSGƏRQIZI: “CANIM AZƏRBAYCANIM”

4
84
FƏRQANƏ MİSGƏRQIZI
FƏRQANƏ MİSGƏRQIZI

Fərqanə Misgərqızı Zərdab şəhərindəki 3 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimidir. “Könlüm haraylar səni” şeirlər kitabının müəllifidir. Bu günlərdə həmyerlimiz öz şeirlərini Zerdab.com saytına göndərib. Onları hissə-hissə oxucularımıza təqdim edəcəyik.

CANIM AZƏRBAYCANIM

Mən sənsiz bu dünyada

Bir heçliyəm, hədərəm.

Ölümə də yollasan

Gülə-gülə gedərəm.

Canım Azərbaycanım,

Anam Azərbaycanım.

***

Bir içimlik su kimi,

Bir udum hava kimi

Çəkim səni içimə

Dərdimə dəva kimi.

Bəlkə qəlbim soyuya—

Buz bulaqların kimi.

Bəlkə canım qızına—

Gur ocaqların kimi.

Ay başımın sultanı

Canım Azərbaycanım

Yüz şahlığa bərabər

Xanım Azərbaycanım.

***

Mən səni min işvəli

Gəlinə bənzədirəm.

Durna qatarlarını

Telinə bənzədirəm.

Özümü dağlarının

Selinə bənzədirəm.

Coşur damarlarımda

Qanım Azərbaycanım,

Mənim şərəfim-adım—

Sanım, Azərbaycanım.

4 ŞƏRH

  1. Allah Muellimemizin Canini Sag Etsin Bundan Boyuk Nailiyytlere Imza Atasiz 🙂

  2. Fərqanə xanım! Sizə yeni yaradıcılıq uğurları arzulayıram.

  3. allah muellimemizin canini sag etsin cox yaxsi seirleri var insallah bundanda boyuk nailliyetlere imza atsin

Comments are closed.